Xəzər Xəbər

Kombi istilik sisteminin beyinə, başa, bədənə ZƏRƏRLƏRİ

Cəmiyyət | 11:12 • 25 Noyabr 2021
Kombi istilik sisteminin beyinə, başa, bədənə ZƏRƏRLƏRİ

Soyuq fəsillərdə evləri qızdırmaq üçün müxtəlif istilik sistemlərində (kombi, kondisioner, kamin) istifadə olunur. Lakin bizə istilik bəxş etməklə bu sistemlər evin havasını qurudur və bununla da sağlamlığımızda bəzi problemlər yaradır.

XəzərXəbər-in publika.az-a istinadən məlumatına görə, orqanizmin müdafiə sistemi olan burun, ağız boşluğu, nəfəs yollarının selikli qişaları bizi infeksiya və mikroblardan qoruyur. Virus və mikroblar selikli qişalara düşərək burada "ilişir" və məhv olur. Evin havası quru olanda bu selikli qişaların qurumasına səbəb olur ki, onlar artıq öz müdafiə funksiyasını normal yerinə yetirə bilmir. Bu isə soyuqdəymə və qripp xəstəliklərinin inkişafı riskini artırır.

Bundan əlavə istilik sistemlərinin təsirindən evin havasında oksigen azalır. Bu isə yorğunluğa, yuxululuğa, diqqətin azalmasına, baş ağrılarına səbəb olur.

Quru hava dəri və saçların vəziyyətinə mənfi təsir edir - dəri və saçlar quruyur, cansız olur, dəridə qırışlar, saçlarda kəpək əmələ gəlir.

Quru hava allergiyadan əziyyət çəkənlərin vəziyyətini də ağırlaşdırır.

İstilik sistemlərinin mənfi təsirini azaltmaq üçün evin havasını mütləq nəmləndirmək lazımdır.

1. Evin havasını gündə ən azı 2 dəfə 30 dəqiqə ərzində dəyişmək lazımdır.
2. Döşəmələri hər gün nəm əski ilə silin.
3. Evdə enli yarpaqlı bitkilərin, akvariumun olması da havanı nəmləndirir.
4. Müasir nəmləndirici apparatlar da bu işdə sizə kömək edə bilər. 

Rubrikanın digər xəbərləri

Fransanın sərnişin təyyarəsi Bakıya
Fransanın sərnişin təyyarəsi Bakıya QƏZA ENİŞİ ETDİ
18:47 • 24 Aprel 2024
Azad edilmiş ərazilərdə
Azad edilmiş ərazilərdə ilk hərrac
13:05 • 24 Aprel 2024
Sabah 31 dərəcə isti olacaq
Sabah 31 dərəcə isti olacaq Proqnoz
12:05 • 24 Aprel 2024
Şəki və Qəbələnin qaz təchizatında
Şəki və Qəbələnin qaz təchizatında fasilə yaranacaq
09:04 • 24 Aprel 2024
Azərbaycanda nikahın pozulması üçün yeni dövlət rüsumu
Azərbaycanda nikahın pozulması üçün yeni dövlət rüsumu müəyyən edilir
14:07 • 23 Aprel 2024
Siqaretlə bağlı
Siqaretlə bağlı YENİ TƏLƏB
527 | 12:52 • 23 Aprel 2024

Xəbər lenti