Xəzər Xəbər

Faciəli şəkildə ölən polis Azərbaycan çempionu imiş

Cəmiyyət | 11:36 • 24 Noyabr 2021
Faciəli şəkildə ölən polis Azərbaycan çempionu imiş

Bu gün yol qəzasında həlak olan polis baş serjantı idmançı olub.

Oxu.Az xəbər verir ki, faciəli şəkildə həyatını itirən Renat Əliyev pauerliftinq idman növü ilə peşəkar məşğul olub, Azərbaycan çempionu adını qazanıb.

Qeyd edək ki, hadisə bu gün noyabrın 24-də saat 07:30 radələrində baş verib.

Belə ki, Gəncə Şəhər Regional Mühafizə İdarəsində mülki mühafizə xidməti üzrə mühafizəçi Emin Əliyev xidmətdə olarkən idarə etdiyi “Fiat Albea” markalı avtomobillə Gəncə şəhərində hərəkətdə olarkən idarəetməni itirib və küçədə yerləşən mağazalardan birinə çırpılıb. 

Nəticədə avtomobildə olan polis baş serjantı Renat Əliyev aldığı xəsarətlərdən xəstəxanaya aparılarkən həyatını itirib. 

Xəbər lenti