Xəzər Xəbər

Əhaliyə rəsmi xəbərdarlıq: 31-i axşamdan noyabrın 1-i səhərədək...

Cəmiyyət | 2,635 | 08:59 • 29 Oktyabr 2021
Əhaliyə rəsmi xəbərdarlıq:  31-i axşamdan noyabrın 1-i səhərədək...

Ölkə ərazisində hava şəraiti qeyri-sabit keçəcək.

Milli Hidrometeorologiya Xidməti Hidrometeoroloji Proqnozlar Bürosundan XəzərXəbər-ə verilən xəbərə görə, Bakıda və Abşeron yarımadasında oktyabrın 29-u axşamdan 30-u gündüzədək, qısa fasilədən sonra 31-i axşamdan noyabrın 1-i səhərədək arabir yağış yağacağı gözlənilir.

Bəzi yerlərdə intensivləşəcəyi ehtimalı var.

Azərbaycanın rayonlarında oktyabrın 29-u axşamdan 30-u gündüzədək, qısa fasilədən sonra 31-i axşamdan noyabrın 1-i səhərədək ölkə ərazisində hava şəraitin qeyri sabit keçəcəyi, arabir yağış yağacağı gözlənilir.

Bəzi yerlərdə leysan xarakterli intensiv olacağı, dağlıq rayonlarda qar yağacağı ehtimalı var. Çaylarda sululuğun artacağı, Lənkəran-Astara bölgəsinin bəzi çaylarından qısamüddətli daşqın və sel keçəcəyi istisna olunmur.

Xəbər lenti