Xəzər Xəbər

Sürücülərin il ərzində yollara vurduğu ziyan AÇIQLANDI

Cəmiyyət | 13:40 • 28 Oktyabr 2021
Sürücülərin il ərzində yollara vurduğu ziyan AÇIQLANDI
Bu ilin 9 ayı ərzində Bakı şəhərində və respublikanın ümumi istifadədə olan avtomobil yollarında yol qurğu və elementlərinə ziyan dəyməsi ilə nəticələnən 483 yol-nəqliyyat hadisəsi baş verib.
 
XəzərXəbər bildirir ki, bu barədə  Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin Mətbuat xidmətinin rəhbəri Anar Nəcəfli məlumat verib.
 
Qurum rəsmisi bildirib ki, nəticədə: - 6 055 p/m əyrixətli tirlər, - 65 p/m beton bardür, - 177 p/m mühafizə çəpəri, - 20 işıq dirəyi, - 15 yol nişanı, - 4 məlumat lövhəsi, - 3 dayanacaq, - 18 səsboğucu lövhə, - 1 hidravlik baryer və mühərriki, - 164 m2 alkapon üzlük, - 25 m körpü məhəccəri yararsız hala düşüb:

 

"9 ay ərzində yol təsərrüfatına 572.2 min manat məbləğində maddi ziyan dəyib ki, bundan 405.7 min manatı (70.9 %) ödənilib: - Dəymiş ziyanın qalan hissəsinin ödənilməsi məqsədilə sığorta şirkətlərin, - 3 yol nəqliyyat hadisəsi ilə bağlı avtomobillərin sığortası olmadığına görə məhkəmələrə, - 56 yol nəqliyyat hadisəsi törətmiş səbəbkar məlum olmadığı üçün, onların tapılması məqsədilə BDYPİ-nə müraciət olunub"./trend

Xəbər lenti