Xəzər Xəbər

Ekspertdən “ikinci pandemiya” XƏBƏRDARLIĞI

Cəmiyyət | 11:47 • 28 Oktyabr 2021
Ekspertdən “ikinci pandemiya” XƏBƏRDARLIĞI

Reabilitasiya və sağlam həyat tərzi üzrə ekspert Aleksandr Fomin hesab edir ki, koronavirusla yanaşı ürək-damar xəstəlikləri pandemiyası illərdir davam edir.

Rusiya mətbuatı xəbər verir ki, alim ölüm səbəbləri arasında ürək-damar xəstəliklərinin əsas yeri tutduğunu deyib: “Ölümlərinin 50 faizi ürək-damar xəstəliklərinin nəticəsində baş verir. Bu, az adamın danışdığı ikinci pandemiyadır. Bəzi ölkələrdə bu rəqəm xeyli aşağıdır. Biz bunu dəyişdirməliyik”.

Reabilitasiya mütəxəssisi qeyd edib ki, ürək-damar xəstəlikləri riskini azaltmaq üçün daha çox hərəkət etmək lazımdır.

“Saatda ən azı bir dəfə qalxıb hərəkət edin, bu, ən azı bir dəqiqəlik fiziki fəaliyyət olmalıdır. Gündə 45-90 dəqiqə aktiv gəzintiyə həsr edilməlidir. Aktiv həyat tərzi üçün qaçmağa ehtiyac yoxdur, sadəcə gəzmək kifayətdir” , - Aleksandr Fomin əlavə etdi./publika.az

Rubrikanın digər xəbərləri

Xəbər lenti