Xəzər Xəbər

Prokurorluq: Bu il 896 şəxs barəsində cinayət işinin istintaqı başa çatdırılıb

Cəmiyyət | 15:23 • 27 Oktyabr 2021
Prokurorluq: Bu il 896 şəxs barəsində cinayət işinin istintaqı başa çatdırılıb

Azərbaycan Respublikasının Baş Prokurorluğu tərəfindən prokurorluq orqanlarının fəaliyyətini əks etdirən rəqəmlər barədə kütləvi informasiya vasitələri və sosial şəbəkələrdə #gununregemi həştəqi ilə məlumatlar yerləşdirilir.

Baş Prokurorluğun mətbuat xidmətindən xezerxeber.az-a verilən məlumata görə, bu günün rəqəmi isə 896-dır.

Məlumata görə, 2021-ci ilin yanvar-sentyabr ayları ərzində 896 şəxs barəsində başlanmış cinayət işinin istintaqının yekunlaşdırılaraq baxılması üçün məhkəməyə göndərilməsi təmin edilib.

Prokurorluq orqanlarının fəaliyyətindəki yeniliklərdən xəbərdar olmaq üçün sosial şəbəkə səhifələrinin izlənilməsi tövsiyə olunur.

Xəbər lenti