Xəzər Xəbər

Havalar soyudu - Mənzillərə istilik tez verilə bilərmi? AÇIQLAMA

Cəmiyyət | 15:40 • 27 Oktyabr 2021
Havalar soyudu - Mənzillərə istilik tez verilə bilərmi?

Ölkə ərazisində havaların soyuması mənzillərin, sosial binaların istiliklə təmin olunması məsələsini gündəmə gətirib. Artıq bir neçə həftədir ki, soyuq havalara görə, insanlar öz mənzillərində qaz və elektrik qızdırıcılardan istifadə etməyə başlayıb. “Azəristiliktəchizat”ın istilklə təmin etdii binalar isə həmişə olduğu kimi noyabrın 15-dən mövsümə start verməlidir.

Bəs görəsən, soyuq havalarda Bakı və bölgələrdə istiliyin verilməsi bir qədər əvvələ çəkilə bilərmi?

Mövzu ilə bağlı sualları “Azəristiliktəchizat” ASC-nin Abonent və  Müştəri Xidmətlərinin rəisi Rafiq Əliyev cavablandırıb.

Qurum rəsmisi bildirib ki, istilik təchizatına dair münasibətlər  “Azəristiliktəchizat” ASC ilə istilik istehlakçıları arasında bağlanan müqavilə ilə tənzimlənir: 

"Hələlik  “Azəristiliktəchizat”a mövsümün vaxtından qabaq başlaması ilə bağlı heç bir müraciət olmayıb. Kəskin soyuqlar olarsa və bununla bağlı müraciətlər edilərsə, məsələyə yenidən baxıla bilər. İndiki halda istilik təchizatının vaxtından əvvəl başlamasına ehtiyac olduğunu düşünmürəm”.

Rafiq Əliyev bildirib ki, 2021-2022-ci illər payız-qış mövsümünə hazırlıqla əlaqadar “Azəristiliktəchizat” ASC tərəfindən təsdiq edilmiş tədbirlər planıına uyğun olaraq istilik təchizatı obyektlərinin mövsümə hazırlanması ilə bağlı tədbirlərin icrası başa çatdırılıb:

"İstilik mövsümünün respublikanın dağ və dağətəyi rayonlarında 01 noyabr tarixindən, digər ərazilərdə, o cümlədən Bakı şəhərində 15 noyabr tarixindən başlanılması nəzərdə tutulur. Mövsüm ərzində Cəmiyyətə məxsus 554 qazanxana istismar edilməklə  3871 yaşayış binası, o cümlədən 184,0 minə yaxın mənzil, 281 məktəb, 160 uşaq bağçası, 161 səhiyyə müəssisəsi və 1980 digər sosial və təsərrüfat obyektlərinin istiliklə təmin edilməsi nəzərdə tutulur". /Redaktor.az

Rubrikanın digər xəbərləri

Fransanın sərnişin təyyarəsi Bakıya
Fransanın sərnişin təyyarəsi Bakıya QƏZA ENİŞİ ETDİ
18:47 • 24 Aprel 2024
Azad edilmiş ərazilərdə
Azad edilmiş ərazilərdə ilk hərrac
13:05 • 24 Aprel 2024
Sabah 31 dərəcə isti olacaq
Sabah 31 dərəcə isti olacaq Proqnoz
12:05 • 24 Aprel 2024
Şəki və Qəbələnin qaz təchizatında
Şəki və Qəbələnin qaz təchizatında fasilə yaranacaq
09:04 • 24 Aprel 2024
Azərbaycanda nikahın pozulması üçün yeni dövlət rüsumu
Azərbaycanda nikahın pozulması üçün yeni dövlət rüsumu müəyyən edilir
14:07 • 23 Aprel 2024

Xəbər lenti