Xəzər Xəbər

Bakıda koronavirusa ən yüksək yoluxma Binəqədidədir

Cəmiyyət | 14:28 • 27 Oktyabr 2021
Bakıda koronavirusa ən yüksək yoluxma Binəqədidədir

Bakının rayonları üzrə koronavirusa yoluxma statistikası açıqlanıb.

Xezerxeber.az "koronavirus.info"ya istinadən xəbər verir ki, hazırda ən yüksək yoluxma Binəqədi rayonundadır.

Binəqədidə koronavirusa yoluxma 14.6 faiz, Xətaidə 13.5 faiz, Yasamalda 11.7 faiz, Sabunçuda 11.8 faiz, Suraxanıda 8.4 faiz, Nərimanovda 7.8 faiz, Nəsimidə 7.6 faiz, Xəzərdə 7.6 faiz, Nizamidə 7.1 faiz, Səbaildə 4.9 faiz, Qaradağda 4.4 faiz, Pirallahıda 0.5 faiz təşkil edib.

Xəbər lenti