Xəzər Xəbər

Məktəblilər arasında koronavirusa yoluxma artacaq? – Bundan qaçmaq olmayacaq

Cəmiyyət | 386 | 15:15 • 20 Oktyabr 2021
Məktəblilər arasında koronavirusa yoluxma artacaq? – Bundan qaçmaq olmayacaq

"Adi respirator viruslara yoluxan uşaqların müqaviməti düşdüyü üçün onlar koronavirusa da yoluxacaq”.
 
XəzərXəbər xəbər verir ki, bunu pediatr Vaqif Qarayev deyib. Pediatr təhsil müəssisələrinin açılmasının yoluxmalara səbəb olacağının əvvəlcədən proqnozlaşdırıldığını deyib:
 
"Məktəblərin ənənəvi tədris formasına qayıtmasından sonra yoluxmaların artması gözlənilən idi. Orta təhsil müəssisələrində koronavirusa yoluxmanın olmasını səhiyyə sektoru da, təhsil sektoru da etiraf edir. Koronavirus olmasaydı, mövsümi virusların baş qaldırması əlbəttə, gözlənilən idi. Bizdə mövsümi viruslarla bağlı bundan da ciddi vəziyyətlər olub, amma məktəb heç vaxt bağlanmayıb. İndi vəziyyət başqa cürdür. Adi respirator viruslara yoluxan uşaqların müqaviməti düşdüyündən koronavirusa da yoluxacaqlar və bu həqiqətdən qaçmaq mənasızdır...”
 
Pediatr xəstə uşaqların, gənclərin məktəb və univestitetlərə getdiyini qeyd edib:

"Məktəblərin bağlanmasını heç kim arzu etmir, amma sağlamlıqla təhsili bir tərəziyə qoymayaq. Ona görə uşaqları qorumalıyıq. Xəstə uşaqlar yenə də məktəbə gedir. Yenə də xəstə tələbələr universitetə gedir. Koronavirus düşüncəmizi bu məsələdə dəyişmir. İnad etmək isə lazım deyil. Son günlər uşaqlar arasında yoluxmanın artması valideynləri təşvişə salıb, bu da anlaşılandır. Xəstə uşaq məktəbə getməsə həm özünü, həm də ətrafdakıları qorumuş olacaq”./Sfera.az

Xəbər lenti