Xəzər Xəbər

Bu qadınlara fəxri adların verilməsi təklif edilir

Cəmiyyət | 13:27 • 20 Oktyabr 2021
Bu qadınlara fəxri adların verilməsi təklif edilir

“Azərbaycanda qadınların hüquq və imkan bərabərliyini təmin edən mükəmməl hüquqi baza yaradılıb”.

XəzərXəbər-in xəbərinə görə, bu fikirləri Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev Yeni Azərbaycan Partiyasının mərkəzi qərargahında keçirilən “Gender bərabərliyinin və qadın hüquqlarının təşviqində vətəndaş cəmiyyətinin rolu” adlı konfransda çıxışı zamanı deyib.

Onun sözlərinə görə, ölkədə ana ölümünün göstəriciləri 1993-94-cü illərlə müqayisədə (60 və 70) 2018-ci ildə minimuma ensə də (17), 2019 və 2020-ci illərdə artma meyli (21 və 20) narahatlıq doğuran siqnaldır: “Bu hamımızı narahat edir. Pandemiya dövründə qadınlar (tibb işçiləri, sosial xidmət işçiləri, təhsil işçiləri və s.) ictimai-sosial cəbhənin ön xəttində olublar. Təklif edirəm ki, həmin qadınlara hansısa fəxri adlar verilsin və ya təltif edilsin”.

Rubrikanın digər xəbərləri

Fransanın sərnişin təyyarəsi Bakıya
Fransanın sərnişin təyyarəsi Bakıya QƏZA ENİŞİ ETDİ
18:47 • 24 Aprel 2024
Azad edilmiş ərazilərdə
Azad edilmiş ərazilərdə ilk hərrac
13:05 • 24 Aprel 2024
Sabah 31 dərəcə isti olacaq
Sabah 31 dərəcə isti olacaq Proqnoz
12:05 • 24 Aprel 2024
Şəki və Qəbələnin qaz təchizatında
Şəki və Qəbələnin qaz təchizatında fasilə yaranacaq
09:04 • 24 Aprel 2024
Azərbaycanda nikahın pozulması üçün yeni dövlət rüsumu
Azərbaycanda nikahın pozulması üçün yeni dövlət rüsumu müəyyən edilir
14:07 • 23 Aprel 2024

Xəbər lenti