Xəzər Xəbər

Ana övladını dayəyə verib yoxa çıxdı FOTO

Cəmiyyət | 15:49 • 19 Oktyabr 2021
Ana övladını dayəyə verib yoxa çıxdı

Azərbaycanda ana uşağını dayənin yanına qoyub yoxa çıxdı.

Bu barədə “Təmiz Dünya” Qadınlara Yardım İctimai Birliyinin sədri Mehriban Zeynalova məlumat paylaşıb.

O bildirib ki, dayə saxladığı uşağın anasının gəlmədiyini görüb və onu sığınacağa gətirib:

“Dayə bildirib ki, uşağı anası ona müvəqqəti baxması üçün tapşırıb və artıq səkkiz gündür ki, nömrəsinə zəng çatmır. Hazırda uşaq sığınacaqdadır”.

M.Zeynalova qeyd edib ki, məsələ barədə artıq polisə məlumat verilib. 

Xəbər lenti

Çox oxunanlar