Xəzər Xəbər

Azərbaycanda 12-15 yaşlı nə qədər yeniyetmə peyvənd olunub? RƏSMİ

Cəmiyyət | 09:40 • 19 Oktyabr 2021
Azərbaycanda 12-15 yaşlı nə qədər yeniyetmə peyvənd olunub?

Azərbaycanda peyvənd olunan yeniyetmələrin sayı açıqlanıb.

XəzərXəbər xəbər verir ki, Səhiyyə Nazirliyindən verilən məlumata görə bu gün də daxil olmaqla 365 nəfər yeniyetmə vaksinasiyada iştirak edib.

"Onlar arasında hər hansı ağırlaşma yaxud fəsad qeydə alınmayıb” – deyə nazirlikdən qeyd olunub.

Qeyd edək ki, yeniyetmələrin vaksinasiyası mərkəzləşdirilmiş şəkildə Bakı Sağlamlıq Mərkəzində aparılır. Yeniyetmələr yalnız tibbi göstəriş olduğu halda və hər iki valideyinin razılığı ilə peyvənd oluna bilərlər./Bizim.Media

Xəbər lenti