Xəzər Xəbər

İnstitut direktorundan vərəm xəstələri ilə bağlı HƏYƏCAN TƏBİLİ

Cəmiyyət | 18:05 • 18 Oktyabr 2021
İnstitut direktorundan vərəm xəstələri ilə bağlı HƏYƏCAN TƏBİLİ

“Koronavirus pandemiyası vərəmlə mübarizəni çətinləşdirir, COVID-19 vərəm xəstələrinin vəziyyətinə də mənfi təsir göstərib”.

XəzərXəbər xəbər verir ki, bu sözləri Trend-in sorğusuna cavab olaraq Elmi-Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutunun direktoru Həqiqət Qədirova deyib.

Onun sözlərinə görə, Azərbaycanda son illərdə vərəmlə mübarizə sahəsində əldə olunmuş sabitləşməyə baxmayaraq, bu xəstəlik ciddi ictimai səhiyyə problemi olaraq qalır:

“Son bir neçə il ərzində bir sıra göstəricilər (müalicənin effektivliyi, ilkin vərəmli xəstələrin sayının və vərəmlə xəstələnmə göstəricilərinin azalması) üzrə irəliləyiş əldə etmək və ümumi vəziyyəti yaxşılaşdırmaq mümkün olsa da, 2019-cu ildən başlayan COVID-19 pandemiyası digər dövlətlərdə olduğu kimi, Azərbaycanda da vərəmin erkən diaqnostikasında və sonrakı müalicəsində maneələrə və gecikmələrə səbəb olub. Vaxtında aşkar olunmayan və müalicəyə cəlb olunmayan vərəmli xəstələr yoluxma mənbəyi olaraq epidemioloji vəziyyəti gərginləşdirə bilərlər”.

Qeyd edək ki, 2017-ci ilin statistikasına görə, Azərbaycanda qeydiyyatda olan vərəm xəstələrinin sayı 8 500 - 9 000 arasında dəyişir. Müvafiq göstərici hər 100 min əhaliyə 3,8 nəfər təşkil edir.

Rubrikanın digər xəbərləri

Fransanın sərnişin təyyarəsi Bakıya
Fransanın sərnişin təyyarəsi Bakıya QƏZA ENİŞİ ETDİ
18:47 • 24 Aprel 2024
Azad edilmiş ərazilərdə
Azad edilmiş ərazilərdə ilk hərrac
13:05 • 24 Aprel 2024
Sabah 31 dərəcə isti olacaq
Sabah 31 dərəcə isti olacaq Proqnoz
12:05 • 24 Aprel 2024
Şəki və Qəbələnin qaz təchizatında
Şəki və Qəbələnin qaz təchizatında fasilə yaranacaq
09:04 • 24 Aprel 2024
Azərbaycanda nikahın pozulması üçün yeni dövlət rüsumu
Azərbaycanda nikahın pozulması üçün yeni dövlət rüsumu müəyyən edilir
14:07 • 23 Aprel 2024
Siqaretlə bağlı
Siqaretlə bağlı YENİ TƏLƏB
534 | 12:52 • 23 Aprel 2024

Xəbər lenti