Xəzər Xəbər

“Hamilə qadın koronavirusa yoluxubsa...” - Yeni doğulan uşaqlar virusla belə "tanış olur"

Cəmiyyət | 14:43 • 18 Oktyabr 2021
“Hamilə qadın koronavirusa yoluxubsa...” - Yeni doğulan uşaqlar virusla belə "tanış olur"

Son vaxtlar yeni doğulan körpələr arasında da koronavirusa yoluxma hallarının olduğu və bəzilərinin süni tənəffüs aparatına qoşulduğu ilə bağlı məlumatlar yayılmaqdadır.

Maraqlı məqam odur ki, normalda uşaqlar koronavirusu yüngül, simptomsuz keçirir. Lakin yeni doğulan körpələrdə sözügedən infeksion xəstəliklə bağlı ağırlaşma, ölüm halı müşahidə edilir.

Sual olunur, yeni doğulan körpələr arasında koronavirusdan ağırlaşma və ölüm halları hansı səbəbdən ola bilər?  Hamilə qadının koronavirusa yoluxması risklidirmi?
 
Mövzu ilə bağlı danışan pediatr Sevda Novruzova hamilə qadının koronavirusa yoluxmasının bətnindəki uşağa mənfi təsir etdiyini bildirib. Pediatr ölüm səbəbləri ilə bağlı da fikirlərini bölüşüb:

"Hamilə qadınlar hansı xəstəliyi keçirirsə keçirsin, bu bətndaxili dölə mənfi təsir edir. Bura hüceyrədaxili infeksiyalar da daxil ola bilər, qrip xəstəliyi də, koronavirus da... Yəni qadın hamilə olarkən koronavirusa yoluxarsa, bu ana bətnindəki uşağa mənfi təsiri göstərəcək. Südəmər dövrdə uşaq ana südü qəbul edirsə, virus infeksiyasına az halda yoluxa bilir. Yeni doğulan uşağın koronavirusdan ağırlaşmasına ağciyər çatışmazlığı, pnevmoniya səbəbi ilə ola bilər”.
 
Pediatr hamilə xanımların vaksin olunması barədə də danışıb:

"Hamilə qadınların vaksin olunması məsləhətlidir. Vaksin olunan xanımda sonradan bu kimi patalogiyalara rast gəlinmir. Vaksinin bədənə yan təsiri olmasa, hamilə qadınlar istifadə edə bilər. Birinci trimestrdə ana olmağa hazırlaşan xanımlara hansısa dərman müalicəsi məsləhət görmürük. Lakin ikinci və üçüncü trimestrdə əgər ehtiyac varsa, dərman məsləhət görülür. Bu baxımdan xanımlar artıq iki və üçüncü trimestrdə koronavirus əleyhinə vaksin oluna bilərlər. Bununla xanım həm özünün, həm də doğulacaq körpənin qayğısına qalmış olur”./Sfera.az

Rubrikanın digər xəbərləri

NİİM-dən svetoforlarla bağlı vətəndaşlara
NİİM-dən svetoforlarla bağlı vətəndaşlara MÜRACİƏT
14:15 • 18 Aprel 2024
Azərbaycanda satılan yağlarla bağlı araşdırma BİTDİ
Azərbaycanda satılan yağlarla bağlı araşdırma BİTDİ NƏTİCƏLƏR AÇIQLANDI
13:34 • 18 Aprel 2024
Azərbaycanda pensiyaların verilməsi yubanır?
Azərbaycanda pensiyaların verilməsi yubanır? RƏSMİ AÇIQLAMA
13:12 • 18 Aprel 2024
Türkiyə-Azərbaycan Universiteti ilə bağlı
Türkiyə-Azərbaycan Universiteti ilə bağlı YENİ XƏBƏR
13:06 • 18 Aprel 2024
I sinifə qəbulda yeniliklər
I sinifə qəbulda yeniliklər AÇIQLANDI
13:01 • 18 Aprel 2024
Sabahın hava
Sabahın hava PROQNOZU
12:37 • 18 Aprel 2024

Xəbər lenti