Xəzər Xəbər

Beş nəfərin ölümünə səbəb olan sürücü barədə YENİ FAKT - Dərsə gecikirmiş...

Cəmiyyət | 1,388 | 23:13 • 13 Oktyabr 2021
Beş nəfərin ölümünə səbəb olan sürücü barədə YENİ FAKT - Dərsə gecikirmiş...

Xəbər verdiyimiz kimi, bu gün səhər saatlarında Hava limanı-Mərdəkan yolunun Suraxanı dairəsində ağır-yol nəqliyyat hadisəsi baş verib. Bakı şəhər sakini Mahmud Əzizov idarə etdiyi "Mercedes” markalı yük avtomobili ilə  paytaxt sakini Tahir Abdullayevin idarə etdiyi "Daewoo” markalı sərnişin avtobusunu vurub. Qəza nəticəsində 5 nəfər ölüb, 25 nəfər yaralanıb.

XəzərXəbər xəbər verir ki, Mahmud Əzizovun qardaşı Rəhim Əzizli hadisə ilə bağlı "Qafqazinfo”ya danışıb.

R.Əzizli bildirib ki, qardaşı ikinci kurs tələbəsidir və bütün sənədləri qaydasında olub:

"Qardaşımın sənədləri qaydasında idi. BC kateqoriyası üzrə sürücülük vəsiqəsi var. Qardaşım 2-ci kurs tələbəsidir. Evdə olan günlər işləyirdi, yol xərcliyini çıxarırdı. Qardaşım elə dərsə tələsirdi ki, gəlib çatsın. Avtobus da çıxıb qarşısına. Yük maşınını evə qoyub günorta dərsə gedəcəkdi”.

Qardaşı iddia edir ki, 19 yaşlı Mahmud yolda sürət həddini aşmayıb və avtobus onun qarşısına çıxıb:

"Qardaşım yuxulu olmayıb. Avtobus 120 km/saatlıq sol zolaqdan qəfildən qardaşımın yoluna çıxıb. Qardaşım orta zolaqla hərəkətdə olub. O da sola çəkmək istəyəndə avtobusu arxadan vurub. Bununla bağlı video-sübutlarımız yoxdur. Mən avtobus sürücüsünü birbaşa günahlandırmıram. Ancaq hadisə belə olub. Avtobus sürücüsü sol zolaqdan bunun qarşısına keçib. Günahın 70-80%-i ondadır. Qardaşım yolda normal sürətdə gedib”.

Qeyd edək ki, Bakı Nəqliyyat Agentliyindən verilən məlumata görə,  hadisə yük avtomobili sürücüsünün sükan arxasında yuxulaması səbəbindən baş verib. Belə ki, sürücü yuxuladığından avtomobil idarəetmədən çıxaraq avtobusa dəyib. Nəticədə avtobus da aşıb. Hadisənin necə baş verməsi ilə bağlı hələ ki heç bir görüntü yayılmayıb.

Dövlət Avtomobil Nəqliyyatı Xidmətindən isə bildirilib ki, yük avtomobilinin sürücüsü heç bir qanuni əsas olmadan fəaliyyət göstərib.

Faktla bağlı Suraxanı Rayon Polis İdarəsində Cinayət Məcəlləsinin 263.3-cü (ehtiyatsızlıqdan iki və daha çox şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanılıb. Hadisəni törətməkdə şübhəli bilinən yük avtomobilinin sürücüsü M.Əzizov həbs edilib. 

Rubrikanın digər xəbərləri

NİİM-dən svetoforlarla bağlı vətəndaşlara
NİİM-dən svetoforlarla bağlı vətəndaşlara MÜRACİƏT
14:15 • 18 Aprel 2024
Azərbaycanda satılan yağlarla bağlı araşdırma BİTDİ
Azərbaycanda satılan yağlarla bağlı araşdırma BİTDİ NƏTİCƏLƏR AÇIQLANDI
13:34 • 18 Aprel 2024
Azərbaycanda pensiyaların verilməsi yubanır?
Azərbaycanda pensiyaların verilməsi yubanır? RƏSMİ AÇIQLAMA
13:12 • 18 Aprel 2024
Türkiyə-Azərbaycan Universiteti ilə bağlı
Türkiyə-Azərbaycan Universiteti ilə bağlı YENİ XƏBƏR
13:06 • 18 Aprel 2024
I sinifə qəbulda yeniliklər
I sinifə qəbulda yeniliklər AÇIQLANDI
13:01 • 18 Aprel 2024
Sabahın hava
Sabahın hava PROQNOZU
12:37 • 18 Aprel 2024
9 illik baza üzrə buraxılış imtahanı keçiriləcək
9 illik baza üzrə buraxılış imtahanı keçiriləcək DƏQİQ TARİX
11:30 • 18 Aprel 2024

Xəbər lenti