Xəzər Xəbər

Yeni "Yezo" virusu ölümcüldür? AÇIQLAMA

Cəmiyyət | 22:09 • 13 Oktyabr 2021
Yeni "Yezo" virusu ölümcüldür?

Artıq 2 ilə yaxındır ki, dünya koronavirusun "hücum"una məruz qalıb. Bu virus bitmədən digər viruslar aşkarlanır. Belə hal isə insanlar arasında ciddi narahatlıq yaradır. Təzəlikcə viruslar siyahısına "Yezo" virusu da əlavə olunub. Bəs bu virus nə dərəcə təhlükəlidir?

Məsələ ilə bağlı infeksionist Nicat Əzimli açıqlama verib.

O, əslində bu virusun əraziyə yayılma təhlükəsinin olmadığını qeyd edib:

""Yezo" Yaponiyada aşkarlanmış endemik xəstəlik törədicisi olan bir virusdur. O, əraziyə məxsus meşələrdə yaşayan gənələr vasitəsilə yayılır. Buna bənzər müxtəlif ərazilərdə bir çox virus növü mövcuddur və əksəriyyəti epidemik deyil, endemik xarakterlidir. Yəni böyük əraziyə yayılma təhlükəsi yoxdur.

Pandemiyadan sonra insanlarda belə bir paranoya yaradıb ki, harda yeni bir mikroorqanizm və ya virus aşkarlansa, böyük səs doğurur və ciddi narahatlıqla qarşılanır. Əslində isə bunlar təəccüblü deyil. Elm və texnologiyanın inkişafı ilə hər il elmə yeni bir törədici məlum olur. Bu koronavirus pandemiyasından öncə də belə idi, indi də belədir. Normal qarşılanmalıdır"./Sonxeber.az

Rubrikanın digər xəbərləri

Xəbər lenti