Xəzər Xəbər

Polis Bakı metrosunda sərnişinlərdən COVID pasportu tələb edir? - DİN-dən açıqlama

Cəmiyyət | 16:18 • 13 Oktyabr 2021
Polis Bakı metrosunda sərnişinlərdən COVID pasportu tələb edir? - DİN-dən açıqlama

Son günlər "Bakı Metropoliteni”ndən istifadə edən sərnişinlər tərəfindən metro girişlərində onlardan şəxsiyyət vəsiqəsi və COVİD-19” pasportu kimi sənədlərin tələb olunduğunu əks etdirən iddialar səsləndirilir.

Sərnişinlərin bu iddialarının əsaslı olub-olmadığını öyrənmək üçün DİN-in mətbuat xidməti ilə əlaqə saxladıq.

DİN-in Mətbuat Xidmətinin şöbə rəisi Elşad Hacıyev bildirib ki, metro girişlərində heç bir sənəd tələb olunmur:

"Bununla bağlı dəfələrlə vətəndaşlar tərəfindən hansısa formada daxil olan müraciətlər araşdırılıb. Metropolitenə və ümumiyyətlə, ictimai nəqliyyata hərəkətlə bağlı hər hansı məhdudiyyət qoyulmayıb. "COVİD-19” pasportu və digər zəruri sənədlərin tələb olunması ilə bağlı hər hansı göstəriş yoxdur. Vətəndaşlar sərbəst şəkildə ictimai nəqliyyatdan istifadə edə bilərlər”.

Elşad Hacıyevin sözlərinə görə, yalnız ərazidə COVİD xəstəsinin olması ilə bağlı məlumat daxil olduğu halda bu cür yoxlamalar keçirilə bilər:

"Ola bilsin ki, orada metropolitenin hansısa bəlli stansiyasında kimlərinsə hər hansı formada yoxlanılması ərazidə COVİD xəstəsinin olması ilə bağlı məlumatla əlaqəli ola bilər. Yalnız bu halda yoxlanılma ola bilər. Başqa heç bir halda sərnişinlərdən sənəd tələb olunmur”./azxəbər

Xəbər lenti