Xəzər Xəbər

Yol polisindən qeyri-qanuni daşımalarla bağlı XƏBƏRDARLIQ

Cəmiyyət | 15:47 • 13 Oktyabr 2021
Yol polisindən qeyri-qanuni daşımalarla bağlı

Avtomobil nəqliyyatı ilə daşımalarda təhlükəsizliyin təmin olunması, iş və istirahət rejiminə əməl edilməsi, xüsusilə qeyri-qanuni fəaliyyət göstərən avtonəqliyyat vasitələrinin sürücülərinə qarşı mübarizənin gücləndirilməsi məqsədilə Baş Dövlət Yol Polisi İdarəsi və Dövlət Avtomobil Nəqliyyatı Xidməti birgə tədbirlər keçirir.

İdarədən xezerxeber.az-a verilən məlumata görə, qeyri-qanuni daşımaların qarşısını almaq üçün həm paytaxtda, həm də respublikanın bütün regionlarında sərt tədbirlərin həyata keçirilməsi nəzərdə tutulub. Müəyyənləşdirilmiş qaydaları pozan şəxslər barəsində qanunvericiliyə uyğun olaraq, inzibati cəza tədbirləri görüləcək.

Xəbər lenti

Çox oxunanlar