Xəzər Xəbər

Bu ölümlərin səbəbi COVID-19 deyil Həkim

Cəmiyyət | 13:50 • 13 Oktyabr 2021
Bu ölümlərin səbəbi COVID-19 deyil

COVID-19-a yoluxub sağalmış bəzi insanların “sanki psixikamda dəyişiklik əmələ gəlib” kimi deyimlərinin tez-tez şahidi oluruq. Vəziyyəti kafi qiymətləndirilən, hətta sağalmaq üzrə olan bəzi xəstələrin qəflətən ağırlaşması və tənəffüs dayanmasından dünyalarını dəyişdiyi də söylənilir. Təcili tibbi müdaxilənin kömək etmədiyi bu halı virusun uzunsov beyinə keçib, tənəffüs mərkəzini blokada etməsilə əlaqələndirirlər. Səbəbinin kəskin hipotoniya, bəzi ölümlərin isə virusun qan-damar mərkəzinə iflicedici təsirilə əlaqədar olduğu bildirilir.

Bu sözləri tibb elmləri doktoru, professor Musa Qəniyev deyib. Həkim bildirib ki, İngiltərədə Derbi Kral Xəstəxanası klinisistlərinin “Cures” jurnalında dərc olunmuş məqaləsində hospitala ağır pnevmoniya diaqnozu ilə daxil olmuş 54 yaşlı xəstədə COVID-19-un fəsadı kimi kortikal korluğun (tam korluq) baş verdiyi söylənilir:

“Bildirmək istəyirəm ki, bu cür məlumatlar insanların qorxu və ağır ruhi sarsıntı kimi korreksiyaolunmaz pozğunluqlara köklənməsinə xidmət edir. Tənəffüsün qəflətən dayanması və ya kəskin hipotoniya kimi ölümlə nəticələnən halın koronavirusla birbaşa bağlılığı yoxdur. Bu ölümlərə COVID-19-u səbəb kimi göstərib insanları qorxu altında saxlamaq olmaz.

İybilmə hissinin yoluxmanın ilk günlərində itməsi, virusun baş beyində sinirlə nəqlinin isə bu keçid yolunun 7-ci günündən sonra başlaması da virusun sinirlə nəqlinin inkarını təsdiq edir.

COVID-19-un korluq törədə bilməsi ümumiyyətlə mümkün deyil. Çünki görmə sinirinin torlu qişadan başlayıb görmə mərkəzinə, yəni ənsə payının “Mahmuz” şırımına qədərki yolunun heç bir sahəsində COVID-19-un bağlandığı aktiv reseptor mexanizm yoxdur.

Xəstəliyi keçirmiş, eləcə də xəstəliyin davamı müddətində bəzi insanlarda müşahidə olunan operativ yaddaş pozğunluğu (xarici qıcığa və paralel reaksiyalara qarşı optimal cavab reaksiyasının uzanması və s.), mnestik və koqnitiv funksiyada törənən dəyişikliklər, “beynin sanki dumanlanması”, “şüurun qaranlıqlaşması” və sair kimi əlamətlər, immun sistemin virusa qarşı kəskin əks reaksiyasının nəticəsidir. Bu hal İgG antitellərin titrinin yüksək olduğu halda aparılan vaksinasiya və ya revaksinasiya halında da müşahidə oluna bilər. Bu pozğunluqların hər biri zaman-zaman bərpa olunacaq, normal haldır. Odur ki, buna görə xüsusi narahatlığa əsas yoxdur.

Baş beynin mikrob, bakteriya, virus etiologiyalı iltihabi- destruktiv patologiyaları yalnız bu mikrovarlıqların HEB-i keçərək baş beyinə və ya onurğa beyninə düşdüyü halda mümkündür”./Publika.az 

Rubrikanın digər xəbərləri

Azərbaycanın ilk ombudsmanı
Azərbaycanın ilk ombudsmanı VƏFAT EDİB
14:10
Fransanın sərnişin təyyarəsi Bakıya
Fransanın sərnişin təyyarəsi Bakıya QƏZA ENİŞİ ETDİ
18:47 • 24 Aprel 2024
Azad edilmiş ərazilərdə
Azad edilmiş ərazilərdə ilk hərrac
13:05 • 24 Aprel 2024
Sabah 31 dərəcə isti olacaq
Sabah 31 dərəcə isti olacaq Proqnoz
12:05 • 24 Aprel 2024
Şəki və Qəbələnin qaz təchizatında
Şəki və Qəbələnin qaz təchizatında fasilə yaranacaq
09:04 • 24 Aprel 2024
Azərbaycanda nikahın pozulması üçün yeni dövlət rüsumu
Azərbaycanda nikahın pozulması üçün yeni dövlət rüsumu müəyyən edilir
14:07 • 23 Aprel 2024

Xəbər lenti