Xəzər Xəbər

147 nəfər toya buraxılmayıb

Cəmiyyət | 11:13 • 13 Oktyabr 2021
147 nəfər toya buraxılmayıb

Daxili İşlər Nazirliyinin (DİN), Qida Təhlükəsizliyi Agentliyinin və İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin nümayəndələri oktyabrın 12-də Bakı şəhərində və respublikanın digər ərazilərində 84 toy şənliyinin monitorinqini aparıblar.

DİN-in mətbuat xidmətindən xezerxeber.az-a bildiriblər ki, monitorinqlər 64 şadlıq sarayında, 20 şəxsi həyətyanı sahədə keçirilən şənlikləri əhatə edib.

Monitorinqlər zamanı toy şənliklərində xüsusi karantin rejimi qaydalarını pozduqlarına görə 24 nəfər İnzibati Xətalar Məcəlləsinin 211-ci (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması) maddəsinə əsasən cərimələnib.

COVID-19 pasportu olmadığına görə 147 nəfər toy şənliklərinə buraxılmayıb.

Xəbər lenti