Xəzər Xəbər

Diabet əleyhinə dərmanların yaradılması istiqamətində tədqiqat aparılıb

Cəmiyyət | 15:28 • 25 Sentyabr 2021
Diabet əleyhinə dərmanların yaradılması istiqamətində tədqiqat aparılıb

AMEA Aşqarlar Kimyası İnstitutunun baş direktoru akademik Vaqif Fərzəliyev, icraçı direktoru dosent Əfsun Sucayev və Bakı Dövlət Universitetinin alimləri – akademik Abel Məhərrəmov, professor Məlahət Qurbanova, doktorant Fidan Axundova Türkiyənin Atatürk və Bartın universitetlərindən olan həmkarları ilə birgə tədqiqatlar çərçivəsində diabet əleyhinə potensiala malik dərman maddələrinin yaradılması istiqamətində beynəlxalq tədqiqat aparıb və mühüm elmi nəticələr əldə ediblər.

Bu barədə xezerxeber.az-a Aşarlar Kimyası İnstitutundan məlumat verilib. Bildirilib ki, alınan nəticələrlə bağlı məqalə impakt faktorlu “Politsiklik aromatik birləşmələr” (Polycyclic Aromatic Compounds) jurnalında dərc edilib. Məqalə bioloji aktivliyə malik bisiklik strukturların molekulyar dokinq araşdırılmasına, antidiabetik və antixolinerjik potensialın qiymətləndirilməsinə həsr olunub. Bəzi bisiklik molekulların molekulyar dokinq hesablamaları və müxtəlif analiz nəticələrindən əldə edilən göstəricilər bu molekulların gələcəkdə diabet əleyhinə dərman olaraq istifadəsində heç bir nəzəri problem olmadığını təsdiqləyib.

Xatırladaq ki, “Polycyclic Aromatic Compounds” jurnalı “Web of Science” və “Scopus” beynəlxalq elmi bazalarına daxildir.

Rubrikanın digər xəbərləri

Fransanın sərnişin təyyarəsi Bakıya
Fransanın sərnişin təyyarəsi Bakıya QƏZA ENİŞİ ETDİ
18:47 • 24 Aprel 2024
Azad edilmiş ərazilərdə
Azad edilmiş ərazilərdə ilk hərrac
13:05 • 24 Aprel 2024
Sabah 31 dərəcə isti olacaq
Sabah 31 dərəcə isti olacaq Proqnoz
12:05 • 24 Aprel 2024
Şəki və Qəbələnin qaz təchizatında
Şəki və Qəbələnin qaz təchizatında fasilə yaranacaq
09:04 • 24 Aprel 2024
Azərbaycanda nikahın pozulması üçün yeni dövlət rüsumu
Azərbaycanda nikahın pozulması üçün yeni dövlət rüsumu müəyyən edilir
14:07 • 23 Aprel 2024
Siqaretlə bağlı
Siqaretlə bağlı YENİ TƏLƏB
549 | 12:52 • 23 Aprel 2024

Xəbər lenti