Xəzər Xəbər

İçərişəhərdə tarixi binalar, abidələr və divarlar üzərində cızıqlar, yazılar təmizlənir

Cəmiyyət | 14:32 • 25 Sentyabr 2021
İçərişəhərdə tarixi binalar, abidələr və divarlar üzərində cızıqlar, yazılar təmizlənir

Sentyabrın 25-də “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi (DTMQI) İçərişəhər ərazisində iməcilik təşkil edib.

Məqsəd tarixi binaları, ev və abidələrin üzərində yazılar, cızıqlar, boyalarla çəkilmiş qrafitiləri təmizləmək, tariximizi gələcək nəsillərə olduğu kimi çatdırmaqdır.

“İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin aparat rəhbəri Riad Qasımov aksiya ilə bağlı məlumat verib: “Bu gün “İçərişəhər” DTMQİ tərəfindən yeni sosial layihəyə başlanıb. Əfsuslar olsun İçərişəhərin bir sıra küçə və məhəllələrində, divar və daşların üzərində xoşagəlməz yazılar, qrafitilər aşkar olunub. Bu yazılar uzun illər ərzində yeniyetmə və turistlər tərəfindən yazılaraq xoşagəlməz hala gətirib çıxarıb. Bu gündən etibarən idarə iməcilik keçirmək, bu yazıları pozmaq qərarına gəlib. İməciliyimizə tanınmış simalar və şəhər sakinləri də qoşulub. Hazırda İçərişəhərin 6 yerində uzun illər ərzində toplanan yazıların pozulması işləri görülür”.

O, üzünü İçərişəhəri sevən bütün vətəndaşlara tutaraq belə halların qarşısını almaqda yardımçı olmağa çağırıb.

Xəbər lenti