Xəzər Xəbər

7058 cütlük qovuşdu - Bu il ən çox nikahın qeydə alındığı AY

Cəmiyyət | 12:11 • 25 Sentyabr 2021
7058 cütlük qovuşdu - Bu il ən çox nikahın qeydə alındığı

2021-ci il başlayandan ölkə üzrə ən çox nikah iyul ayında bağlanıb.

Xezerxeber.az xəbər verir ki, bu barədə Ədliyyə Nazirliyindən Modern.az-ın sorğusuna cavab olaraq bildirilib.

Rəsmi məlumata görə, yanvar-iyul aylarında qeydiyyat orqanları tərəfindən ümumilikdə 30.290 nikah dövlət qeydiyyatına alınıb. Nikahların 7058-i iyul ayının payına düşüb.

Qeyd edək ki, COVID-19 pandemiyası səbəbindən Azərbaycanda toy mərasimlərinin keçirilməsinə qoyulan qadağa bu il iyulun 1-dən götürülüb.

Toylarda 150 nəfərədək qonağın iştirakına yalnız COVID-19 pasportu olduğu halda icazə verilir.

Xəbər lenti