Xəzər Xəbər

Bakıda ivrit dilini tədris edən məktəbin fəaliyyəti bərpa edilib

Cəmiyyət | 11:58 • 24 Sentyabr 2021
Bakıda ivrit dilini tədris edən məktəbin fəaliyyəti bərpa edilib

2021-2022-ci tədris ilindən Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyində 152 və 172 nömrəli tam orta məktəblər fəaliyyətə başlayıb.

İdarədən xezerxeber.az-a verilən məlumata görə, təhsil nazirinin 19.04.2021-ci il tarixli, F-163 nömrəli əmrinə əsasən 152 nömrəli tam orta məktəbin fəaliyyəti bərpa edilib. Həmin tarixdən etibarən "Xabad-Or-Avner" məktəbi 152 nömrəli tam orta məktəb kimi fəaliyyətini davam etdirir.

Məktəbdə digər fənlərlə yanaşı, "Yəhudi mədəniyyətinin əsasları", “Yəhudi xalqının tarixi” də öyrədilir və ikinci xarici dil kimi ivrit dili (ibri dili) tədris edilir.

Müasir tələblərə uyğun inşa edilmiş məktəb üçmərtəbəli kompleksdən ibarətdir. Məktəbdə yeməkxana, idman zalı və meydançası, fənn kabinetləri, kompüter otaqları fəaliyyət göstərir və tədris ocağı müasir avadanlıqlarla təchiz edilib.

Təhsil nazirinin 31.05.2021-ci il tarixli, F-251 nömrəli əmrinə əsasən 172 nömrəli tam orta məktəbin də fəaliyyəti bərpa olunub. Üçmərtəbəli kompleksdən ibarət müasir standartlara cavab verən təhsil müəssisəsində yeməkxana, kitabxana, idman zalı, texnologiya kabinetləri, məktəbəqədər hazırlıq otaqları, həkim otağı, informatika kabinetləri, kompüterlərlə təchiz olunmuş oxu zalı, akt zalı, fənn kabinetləri, hərbi hazırlıq otağı fəaliyyət göstərir.

Qeyd edək ki, yeni tədris ilində paytaxtda ehtiyac olan ərazilərdə 5 yeni məktəbin tikintisi tamamlanıb, 3 yeni məktəbin tikintisi davam edir. Eyni zamanda 74 məktəbdə cari təmir və mühəndis-kommunikasiya işləri həyata keçirilib.

Rubrikanın digər xəbərləri

NİİM-dən svetoforlarla bağlı vətəndaşlara
NİİM-dən svetoforlarla bağlı vətəndaşlara MÜRACİƏT
14:15 • 18 Aprel 2024
Azərbaycanda satılan yağlarla bağlı araşdırma BİTDİ
Azərbaycanda satılan yağlarla bağlı araşdırma BİTDİ NƏTİCƏLƏR AÇIQLANDI
13:34 • 18 Aprel 2024
Azərbaycanda pensiyaların verilməsi yubanır?
Azərbaycanda pensiyaların verilməsi yubanır? RƏSMİ AÇIQLAMA
13:12 • 18 Aprel 2024
Türkiyə-Azərbaycan Universiteti ilə bağlı
Türkiyə-Azərbaycan Universiteti ilə bağlı YENİ XƏBƏR
13:06 • 18 Aprel 2024
I sinifə qəbulda yeniliklər
I sinifə qəbulda yeniliklər AÇIQLANDI
13:01 • 18 Aprel 2024
Sabahın hava
Sabahın hava PROQNOZU
12:37 • 18 Aprel 2024

Xəbər lenti