Xəzər Xəbər

Uşaqlarını məktəbə göndərmək istəməyənlər nə etməlidir? AÇIQLAMA

Cəmiyyət | 14:52 • 23 Sentyabr 2021
Uşaqlarını məktəbə göndərmək istəməyənlər nə etməlidir?

Xəbər verdiyimiz kimi, Azərbaycanda distant təhsil tələbi ləğv edilib və əyani təhsilə keçid müəyyən edilib. Belə ki, bu, Nazirlər Kabineti "Xüsusi karantin rejimi dövründə Azərbaycan Respublikasında fəaliyyət göstərən təhsil müəssisələrində tədris və təlim-tərbiyə prosesinin təşkilinin müvəqqəti Qaydaları”nda etdiyi dəyişikliklərə verdiyi izahda bildirilib.

Qeyd edilib ki, təhsil alanların dərslərdə əyani iştirakının könüllülük prinsipi əsasında olması ləğv edilib.

Bəs görəsən bu qərar kimlərə şamil edilir?

Mövzu ilə bağlı sualları təhsil eksperti Kamran Əsədov cavablandırıb. O bildirib ki, qərar orta məktəblərə şamil olunur:

“22-29 sentyabrdan etibarən Azərbaycanda əyani dərslər bərpa edilir. Bu əsasən orta ümumtəhsil məktəblərinə aiddir. Ali təhsil müəssiələrində isə vəziyyət bir qədər fərqlidir. Sözügedən qərarda orta məktəblərdə distant təhsilin ləğvindən söhbət gedir. Pandemiya dövründə 2020-ci ilin martın 3-dən etibarən təhsil alma formalarından biri kimi seçdiyimiz distant təhil forması məcburiyyətdən irəli gəlirdi”.

Ekspert bildirib ki, daha əvvəl verilən qərarda üst-üstə düşməyən məqamlar var idi: “Belə ki, valideynlərin bəziləri düşünürdü ki, iltizam yazaraq məktəbdən imtina etməklə övladı onlayn dərsə qatıla bilər. Lakin baş nazir Əli Əsədov bununla bağlı seçimi ləğv etdi. Bundan sonra alternativ təhsil alma forması nəzərdə tutulmur. Yəni əyani tədris tam şəkildə bərpa olunur və bundan yayınmaq olmaz. Bununla yanaşı 2009-cu ildə qəbul edilən "Təhsil haqqında" qanuna görə təhsil alma formalarından biri kimi distant təhsil nəzərdə tutulub. Lakin indiki halda orta ümumtəhsil məktəblərində dərslər yalnız əyani formada keçiriləcək”./ Redaktor.az

Rubrikanın digər xəbərləri

NİİM-dən svetoforlarla bağlı vətəndaşlara
NİİM-dən svetoforlarla bağlı vətəndaşlara MÜRACİƏT
14:15 • 18 Aprel 2024
Azərbaycanda satılan yağlarla bağlı araşdırma BİTDİ
Azərbaycanda satılan yağlarla bağlı araşdırma BİTDİ NƏTİCƏLƏR AÇIQLANDI
13:34 • 18 Aprel 2024
Azərbaycanda pensiyaların verilməsi yubanır?
Azərbaycanda pensiyaların verilməsi yubanır? RƏSMİ AÇIQLAMA
13:12 • 18 Aprel 2024
Türkiyə-Azərbaycan Universiteti ilə bağlı
Türkiyə-Azərbaycan Universiteti ilə bağlı YENİ XƏBƏR
13:06 • 18 Aprel 2024
I sinifə qəbulda yeniliklər
I sinifə qəbulda yeniliklər AÇIQLANDI
13:01 • 18 Aprel 2024
Sabahın hava
Sabahın hava PROQNOZU
12:37 • 18 Aprel 2024
9 illik baza üzrə buraxılış imtahanı keçiriləcək
9 illik baza üzrə buraxılış imtahanı keçiriləcək DƏQİQ TARİX
11:30 • 18 Aprel 2024

Xəbər lenti