Xəzər Xəbər

Dövlət Komissiyasına müraciətlərin sayı artıb

Cəmiyyət | 16:59 • 22 Sentyabr 2021
Dövlət Komissiyasına müraciətlərin sayı artıb

Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının “802 - qaynar xətt” telefon xidmətinin fəaliyyət istiqamətlərinə dair hazırlanmış sosial lövhələrin, videoçarxın metronun stansiyalarında, bir sıra küçə və prospektlərdə, ticarət mərkəzlərində və televiziya kanalları vasitəsilə mütəmadi yayımlanmasından sonra daxil olan vətəndaş müraciətlərinin sayı artıb.

Komissiyanın İşçi qrupundan xezerxeber.az-a bildiriblər ki, bu il avqustun 20-dən sentyabrın 15-dək “qaynar xətt” zəng xidmətinə 213 müraciət daxil olub. Onların 72-si narkotik vasitələrin qanunsuz dövriyyəsi, 66-sı narkotik asılılıqdan müalicə, 75-i isə digər məsələlər ilə bağlı olub. Həmin müraciətlər üzrə müvafiq tədbirlərin görülməsi üçün Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinə və Səhiyyə Nazirliyinin Respublika Narkoloji Mərkəzinə ümumilikdə 138 məktub ünvanlanıb.

Beləliklə, narkotik vasitələrin və narkomanlığın yayılmasının qarşısını almaq məqsədilə “802 - qaynar xətt” zəng xidməti vasitəsilə aidiyyəti təşkilatlarla və vətəndaşlarla operativ qaydada əlaqələndirilmə təmin edilərək, narkotik vasitələrin qanunsuz dövriyyəsinə dair verilən məlumatlar əsasında müvafiq cinayət işləri qaldırılıb və qanunsuz dövriyyədən külli miqdarda narkotik vasitələr götürülüb. Eləcə də narkotik istifadəçiləri könüllü müraciətləri əsasında ixtisaslaşmış tibb müəssisələrində müalicəyə yönləndirilib, narkotik asılılıqdan əziyyət çəkən ailələrə psixoloji dəstək və mövcud qanunvericiliyin müddəaları izah edilərək zəruri tövsiyələr verilib.

Rubrikanın digər xəbərləri

Fransanın sərnişin təyyarəsi Bakıya
Fransanın sərnişin təyyarəsi Bakıya QƏZA ENİŞİ ETDİ
18:47 • 24 Aprel 2024
Azad edilmiş ərazilərdə
Azad edilmiş ərazilərdə ilk hərrac
13:05 • 24 Aprel 2024
Sabah 31 dərəcə isti olacaq
Sabah 31 dərəcə isti olacaq Proqnoz
12:05 • 24 Aprel 2024
Şəki və Qəbələnin qaz təchizatında
Şəki və Qəbələnin qaz təchizatında fasilə yaranacaq
09:04 • 24 Aprel 2024
Azərbaycanda nikahın pozulması üçün yeni dövlət rüsumu
Azərbaycanda nikahın pozulması üçün yeni dövlət rüsumu müəyyən edilir
14:07 • 23 Aprel 2024
Siqaretlə bağlı
Siqaretlə bağlı YENİ TƏLƏB
536 | 12:52 • 23 Aprel 2024

Xəbər lenti