Xəzər Xəbər

Koronavirusdan sağalandan sonra BU QİDALARI YEMƏYİN - Həkim açıqladı

Cəmiyyət | 817 | 10:13 • 21 Sentyabr 2021
Koronavirusdan sağalandan sonra BU QİDALARI YEMƏYİN - Həkim açıqladı

Postkovid sindromu zamanı şəkər və yüksək qlisemik indeksi olan qidalar qəbul edilməməlidir.

XəzərXəbər oxu.az-a istinadən xəbər verir ki, bunu rusiyalı həkim-dietoloq, professor Mixail Qinzburq deyib.
“Postkovid sindromu” - sağalandan sonra bir müddət davam edən simptomlar toplusudur. Postkovid əlamətləri arasında baş ağrısı, halsızlıq, yaddaşın pozulması və başqaları var.

Həkimin sözlərinə görə, bu sindrom bədəndə iltihablı aktivliyin artmasıdır, bu zaman soyuqdəymə əleyhinə pəhriz təsirlidir.

“Mümkünsə şəkər və yüksək qlisemik indeksi olan qidaları, yəni ələnmiş unu, kartofu, düyünü rasiondan çıxarmaq lazımdır. Həmçinin xurma, günəbaxan, qarğıdalı, soya yağı, marqarin, qırmızı ət və ondan olan məhsullar, kolbasalar, dərin emal məhsullarını”, - deyə mütəxəssis bildirib.

Həkim vurğulayıb ki, eyni zamanda yağ turşuları ilə zəngin qidaları dietaya əlavə etmək lazımdır.

“Omega-3” və yağ turşuları ilə zəngin qidaları artırırıq - bu yağlı dəniz balığı, kətan toxumu və zeytun yağıdır (“Omega-9”). Daha çox tərəvəz, giləmeyvə, göyərti və çox şirin olmayan meyvələr, şəkərsiz fermentləşdirilmiş süd məhsulları və kompleks karbohidratlar - qarabaşaq yarması, yulaf ezmesi, kəpək çörəyi əlavə edirik”, - deyə həkim qeyd edib.

Rubrikanın digər xəbərləri

Azərbaycanda nikahın pozulması üçün yeni dövlət rüsumu
Azərbaycanda nikahın pozulması üçün yeni dövlət rüsumu müəyyən edilir
14:07 • 23 Aprel 2024
Siqaretlə bağlı
Siqaretlə bağlı YENİ TƏLƏB
391 | 12:52 • 23 Aprel 2024
Sosial yardımların ödəniləcəyi tarix
Sosial yardımların ödəniləcəyi tarix AÇIQLANDI
11:11 • 23 Aprel 2024
Bəzi bölgələrə yağış
Bəzi bölgələrə yağış FAKTİKİ HAVA
09:20 • 23 Aprel 2024
Bakıda küləyin sürəti 24 m/s-dək ARTDI
Bakıda küləyin sürəti 24 m/s-dək ARTDI FAKTİKİ HAVA
15:05 • 22 Aprel 2024

Xəbər lenti