Xəzər Xəbər

Bu həftə bütün müavinət, təqaüd və kompensasiyalar ödəniləcək

Cəmiyyət | 09:47 • 21 Sentyabr 2021
Bu həftə bütün müavinət, təqaüd və kompensasiyalar ödəniləcək

Sentyabrın 24-də bütün müavinət, təqaüd və kompensasiyaların ödənilməsi nəzərdə tutulub.

Dövlət Sosial Müdafiə Fondundan xezerxeber.az-a verilən məlumata görə, respublika üzrə pensiyalar isə sentyabrın 15-də tam ödənilərək yekunlaşdırılıb. Həmin gün güzəştli şərtlərlə pensiya hüququna malik şəxslərin də pensiyası ödənilib.

Qeyd edək ki, 2021-ci ilin yanvar-avqust ayları ərzində 75 min nəfərdən çox vətəndaşa elektron qaydada sosial müavinət və təqaüd təyin olunub. Onların 52,7%-ni kişilər, 47,3%-ni isə qadınlar təşkil edib.

Xəbər lenti