Xəzər Xəbər

Valideynlərin nəzərinə: Azərbaycanda uşaqlar arasında yeni virus yayılıb

Cəmiyyət | 17:35 • 20 Sentyabr 2021
Valideynlərin nəzərinə: Azərbaycanda uşaqlar arasında yeni virus yayılıb

Hazırda valideynlər tərəfindən uşaqlar arasında yeni virusun yayıldığı bildirilir. Əlamətlər isə əsasən iştahsızlıq, qızdırma, qusmadan ibarətdir.

Maraqlıdır, bəs bunun səbəbi nələrdir? Valideynlər övladlarını sözügedən virusdan necə qoruya bilərlər?

Mövzu ilə bağlı olaraq açıqlama verən Səhiyyə Nazirliyinin ekspert-mütəxəssisi Erkin Rəhimov bildirib ki, bu aylarda yayılan infeksiya rotavirusdur:

"Rotavirusun əlamətləri qızdırma, iştahsızlıq, ishal və qaytarmadır. Uşaqları bundan qorumaq üçün əsas şərt təmizliyə riayət edilməsidir. Uşaqların içdiyi sulardan tutmuş hər şeyin təmiz olmasına nəzarət etmək lazımdır”.

E.Rəhimov əlavə edib ki, rotavirus əleyhinə peyvəndlər körpələrin 2, 4 və ya 3, 5 aylarında vurulmalıdır:

"Sözügedən peyvənd uşaqları rotaviruslardan qoruyur”./Lent.az

Xəbər lenti