Xəzər Xəbər

COVID pasportu olmayan valideynlər məktəblərə niyə buraxılmır? AÇIQLAMA

Cəmiyyət | 14:04 • 20 Sentyabr 2021
COVID pasportu olmayan valideynlər məktəblərə niyə buraxılmır?

Ötən günlərdə Təhsil Nazirliyi tərəfindən 22 sentyabr tarixindən etibarən I-IV siniflər, 29 sentyabr tarixindən isə V-XI siniflərin əyani təhsilə başlayacağı bildirildi.

Əyani təhsilin başlanması ilə əlaqədar valideynləri, şagirdləri və müəllimləri bir sıra məsələlər maraqlandırır.

Sözügedən məsələlərin ən aktual, maraq doğuranı isə COVID-19 pasportu olmayan valideynlərin məktəbə buraxılıb-buraxılmamasıdır.

Bu mövzu ilə əlaqədar Təhsil Nazirliyinin 2021-2022-ci tədris ilinin təşkilinə dair keçirilən brifinqi zamanı Təhsil naziri Emin Əmrullayev valideynlərdən COVID-19 pasportu tələb etmədiklərini bildirib:

“Biz Təhsil Nazirliyi olaraq şagirdlərin valideynlərindən COVID-19 pasportu tələb etmirik. Amma düşünürük ki, hər bir vətəndaş vaksinasiya prosesinə aktiv qoşulmalıdır. Valideyn məktəb binasına daxil olursa, məsuliyyəti dərk edərək vaksin olunsa, yaxşıdır.”

Lakin sosial şəbəkələrdə yayılan bəzi məlumatlara görə, Bakıdakı məktəblərin əksəriyyətində övladlarının kitablarını götürmək və ya məktəblə əlaqəli hər hansı bir məsələni həll etmək istəyən, lakin COVID-19 pasportu olmayan valideynlər məktəb binasına buraxılmır. Buna səbəb olaraq Təhsil Nazirliyi tərəfindən Nazirlər Kabineti yanında Operativ Qərargahın COVID-19 pasportu ilə bağlı tələbinə əsasən qərar verildiyi qeyd edilir.

Yayılan bu məlumatla əlaqədar Trend-in sorğusuna cavab olaraq Təhsil Nazirliyinin İctimaiyyətlə əlaqələr sektorunun müdiri Cəsarət Valehov bildirdi ki, Təhsil nazirliyi tərəfindən valideynlərə COVID-19 pasportu ilə bağlı heç bir tələb qoyulmayıb:

“Biz yalnız təhsil işçilərinə, müəllimlərə COVID-19 pasportu və ya əks-göstəriş sertifikatı tələbi qoymuşuq. Valideynlərin COVID-19 pasportunun olması ilə bağlı heç bir tələb yoxdur”.

Rubrikanın digər xəbərləri

Azərbaycanda nikahın pozulması üçün yeni dövlət rüsumu
Azərbaycanda nikahın pozulması üçün yeni dövlət rüsumu müəyyən edilir
14:07 • 23 Aprel 2024
Siqaretlə bağlı
Siqaretlə bağlı YENİ TƏLƏB
408 | 12:52 • 23 Aprel 2024
Sosial yardımların ödəniləcəyi tarix
Sosial yardımların ödəniləcəyi tarix AÇIQLANDI
11:11 • 23 Aprel 2024
Bəzi bölgələrə yağış
Bəzi bölgələrə yağış FAKTİKİ HAVA
09:20 • 23 Aprel 2024
Bakıda küləyin sürəti 24 m/s-dək ARTDI
Bakıda küləyin sürəti 24 m/s-dək ARTDI FAKTİKİ HAVA
15:05 • 22 Aprel 2024

Xəbər lenti