Xəzər Xəbər

Həftəsonu 8 koronavirus xəstəsi saxlanılıb

Cəmiyyət | 12:55 • 20 Sentyabr 2021
Həftəsonu 8 koronavirus xəstəsi saxlanılıb

Sentyabrın 18-19-da daxili işlər orqanlarının əməkdaşları tərəfindən respublika ərazisində 8 nəfər aktiv koronavirus xəstəsi ictimai yerlərdə aşkar edilərək saxlanılıb.

Bu barədə xezerxeber.az-a Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən məlumat verilib.

Polis əməkdaşları onlarla izahedici söhbətlər aparıb, tibbi prosedurları gözləməklə yaşadıqları evə qaytarıb, bu barədə müvafiq səhiyyə qurumları məlumatlandırılıb.

Cinayət Məcəlləsinin 139-1.1 (epidemiya əleyhinə və karantin rejimlərinin pozulması) maddəsi ilə 1 nəfər barəsində cinayət işi başlanılıb. İstintaq araşdırmaları davam etdirilir.

Xəbər lenti