Xəzər Xəbər

Hormonlar yoxlanılmadan təyin edilmiş pəhriz müsbət nəticə vermir

Cəmiyyət | 13:29 • 20 Sentyabr 2021
Hormonlar yoxlanılmadan təyin edilmiş pəhriz müsbət nəticə vermir

Hormonlar orqanizmdə maddələr mübadiləsini tənzimləyir. Hormonlarda baş verən pozuntular bir sıra xəstəliklərin başlanğıcı olduğu kimi, piylənməyə də səbəb olur. Köklüyə və ya həddən artıq arıqlığa səbəb olan hormonlar əsasən kartizol, serotonin, qrelin, qalxanabənzər vəzi hormonlarıdır. Bu hormonların normadan az və ya çox olması iştahı müvafiq olaraq ya kəskin artırır, ya da azaldır. Qeyd etmək yerinə düşər ki, dünyada piylənmədən əziyyət çəkənlərin sayı həddən artıq çoxdur.

Xezerxeber.az xəbər verir ki, həkim-nutrisioloq Nərminə Mahmudova hormonların çəkiyə təsirindən danışıb.

N.Mahmudova qeyd edib ki, xüsusilə hormonları yoxlatdırmadan pəhriz saxlamaq doğru deyil: “El arasında stress hormonu adlandırılan kartizola acgöz hormon deyilir. Kartizol hormonu az olduqda beyinə impuls da az gedir və xəstədə doyma hissi olmur. Beləliklə, piylənmə əlamətlərinə rast gəlinir. Kartizol hormonunun normadan çox olması isə insulinin artmasına gətirib çıxarır. Nəticədə xəstənin şirin yeməklərə meyli çoxaldığı üçün çəkisi də artmağa başlayır. Qanda şəkərin miqdarı çox olduğu zaman da kökəlmə baş verir. Qalxanabənzər vəzi hormonları, serotonin və qrelinin miqdarının da orqanizmdə azlığı və ya çoxluğu çəkiyə təsir göstərir. Məsələn, bəzi xəstələrdə mədə şirəsi normadan çox ifraz olunduğu üçün onlarda yeməyə meyillilik artır. Qrelin “aclıq hormonu” mədə boş olduğu zaman ifraz olur. Bəzi xəstələrdə həmin hormon normadan artıq olduğu üçün mədənin boş olmadığı zamanlarda da ifraz edilir. Belə olan halda, hormon beyinə, hipotalamus adlanan qan dövranını keçirir. Hipotalamus aclıq, susuzluq, əhval və digər fiziki funksiyaları tənzimləyir. Ona görə də, xəstə mədəsi boş olmadığı halda belə ac olduğunu hiss edir və davamlı yemək yeyəmə başlayır. Bu, bir müddət sonra piylənməyə gətirib çıxarır. Bütün bunları nəzərə alaraq, pəhriz menyusunu təyin edərkən mütləq vacib müayinələrdən keçmək lazımdır. Hormonlar yoxlanılmadan özbaşına təyin edilmiş pəhriz müsbət nəticə vermir”.

Həkim-nutrisioloq, həmçinin qeyd edib ki, hormonal pozuntular bir sıra hallarda endokrinoloji problemlərin yaranmasına səbəb olur: “Endokrinoloji problemi olan xəstələr mütləq mütəxəssisə müraciət etməlidirlər. Yəni, pəhriz endokrinoloqun müayinəsinə əsasən təyin edilməlidir. Pəhriz təyin etmək üçün xəstənin tiroid hormanları (TSH) yoxlanılmalıdır. TSH göstəricisi 1-1.5 olan xəstələr düzgün qidalanma nəticəsində daha tez çəki itirə bilərlər. TSH göstəricisi 3-4 olan xəstələr isə mütləq endokrinoloq müayinəsindən keçdikdən sonra müalicə almalıdırlar. Bir sözlə, həkim nəzarəti olmadan çəki itirməyə və ya kökəlməyə cəhd etmək, yəni özbaşına pəhriz menyusu təyin etmək olmaz”.

Rubrikanın digər xəbərləri

Azərbaycanda nikahın pozulması üçün yeni dövlət rüsumu
Azərbaycanda nikahın pozulması üçün yeni dövlət rüsumu müəyyən edilir
14:07 • 23 Aprel 2024
Siqaretlə bağlı
Siqaretlə bağlı YENİ TƏLƏB
375 | 12:52 • 23 Aprel 2024
Sosial yardımların ödəniləcəyi tarix
Sosial yardımların ödəniləcəyi tarix AÇIQLANDI
11:11 • 23 Aprel 2024
Bəzi bölgələrə yağış
Bəzi bölgələrə yağış FAKTİKİ HAVA
09:20 • 23 Aprel 2024
Bakıda küləyin sürəti 24 m/s-dək ARTDI
Bakıda küləyin sürəti 24 m/s-dək ARTDI FAKTİKİ HAVA
15:05 • 22 Aprel 2024

Xəbər lenti