Xəzər Xəbər

Gəncədə şirkətdə baş verən partlayışla bağlı cinayət işi başlanıb

Cəmiyyət | 16:26 • 15 Sentyabr 2021
Gəncədə şirkətdə baş verən partlayışla bağlı cinayət işi başlanıb

Qç ay əvvəl Gəncədə şirkətdə baş verən partlayışla bağlı cinayət işi başlanıb.

Gəncə şəhər Prokurorluğundan xezerxeber.az-a verilən məlumata görə, 02.06.2021-ci il tarixdə Gəncə şəhər sakini Akif Eyvazovun işlədiyi yerdə xəsarət alması faktı ilə bağlı Gəncə şəhər prokurorluğunda araşdırma aparılıb.

Araşdırmalarla müəyyən edilib ki, Akif Eyvazov qaynaqçı işlədiyi Gəncə şəhəri, Z.Hacıyev küçəsində yerləşən “SemSan” şirkətinin əlvan metallar sexində qaz-oksigen kəsicisi ilə metal balonun sobada əridilməsi prosesi zamanı əmək mühafizəsi qaydalarının pozulması səbəbindən metal balonunun partlaması nəticəsində həyat üçün təhlükəli olan və sağlamlığa ağır zərər vurmaya aid edilən “sağ bud nahiyəsinin aşağı 1/3 hissəsindən trvamatik amputasiyası” xəsarəti alıb.

Faktla bağlı şəhər prokurorluğunda Cinayət Məcəlləsinin 162.1-ci (texniki təhlükəsizlik və əmək mühafizəsinin başqa qaydalarının pozulması) maddəsi ilə cinayət işi başlanıb.

Cinayət işi üzrə təqsirli şəxs və ya şəxslərin müəyyənləşdirilərək istintaqa cəlb edilməsi istiqamətində zəruri tədbirlər davam etdirilir.

Rubrikanın digər xəbərləri

Fransanın sərnişin təyyarəsi Bakıya
Fransanın sərnişin təyyarəsi Bakıya QƏZA ENİŞİ ETDİ
18:47 • 24 Aprel 2024
Azad edilmiş ərazilərdə
Azad edilmiş ərazilərdə ilk hərrac
13:05 • 24 Aprel 2024
Sabah 31 dərəcə isti olacaq
Sabah 31 dərəcə isti olacaq Proqnoz
12:05 • 24 Aprel 2024
Şəki və Qəbələnin qaz təchizatında
Şəki və Qəbələnin qaz təchizatında fasilə yaranacaq
09:04 • 24 Aprel 2024
Azərbaycanda nikahın pozulması üçün yeni dövlət rüsumu
Azərbaycanda nikahın pozulması üçün yeni dövlət rüsumu müəyyən edilir
14:07 • 23 Aprel 2024

Xəbər lenti

Çox oxunanlar