Xəzər Xəbər

Sərnişinlərin nəzərinə - Bakıda bu marşrutlar...

Bir sıra müntəzəm marşrut xətlərinin hərəkət sxemi DƏYİŞDİRİLİR
Cəmiyyət | 09:12 • 15 Sentyabr 2021
Sərnişinlərin nəzərinə - Bakıda bu marşrutlar...

15 sentyabr Bakı şəhərinin erməni-bolşevik işğalından azad edilməsinin 103-cü ildönümü münasibətilə hərbi orkestr və şəxsi heyətin şəhərin küçə və meydanlarında keçiriləcək yürüşləri ilə əlaqədar bir sıra müntəzəm marşrut xətləri üzrə avtobusların hərəkət sxemində müvəqqəti dəyişiklik edilib.

Bu barədə XəzərXəbər-ə Bakı Nəqliyyat Agentliyindən bildirilib.

Məlumata görə, 15.09.2021-ci il tarixində səhər saat 9:00-dan mərasim tam başa çatanadək şəhərin qeyd olunan istiqamətlərində müntəzəm marşrut xətləri üzrə avtobusların hərəkəti müvəqqəti olaraq digər avtomobillərin yönləndirildiyi alternativ küçə və prospektlərdən keçməklə təşkil ediləcək.

1-ci istiqamət: Şəhidlər Xiyabanı - “İçərişəhər” m/st - İstiqlaliyyət küçəsi - Qala Qapısı - Azneft dairəsi - Bəhram Gur heykəli. Bu istiqamət üzrə dəyişdiriləcək xətlər - 3, 5, 6, 10, 18, 31, 37, 39, 53, 65, 88, 125 və 127 nömrəli marşrutlar.

2-ci istiqamət: S.Vurğun bağı - Bülbül pr.- Neftçilər pr. - Azadlıq pr. Bu istiqamət üzrə dəyişdiriləcək xətlər - 2, 4, 5, 10, 18, 32, 46, 49, 88, 125, 127 və 175 nömrəli marşrutlar.

Xəbər lenti