Xəzər Xəbər

Payızda hibrid yoluxmalar artacaq - İnfeksionist “həm qrip, həm koronavirus” təhlükəsindən danışdı

Cəmiyyət | 12:13 • 14 Sentyabr 2021
Payızda hibrid yoluxmalar artacaq - İnfeksionist “həm qrip, həm koronavirus” təhlükəsindən danışdı

Payız fəslinin yaxınlaşması ilə mövsümi infeksion xəstəliklərinin yayılmasının koronavirusa yoluxma statistikasında sıçrayışa səbəb olacağı ilə bağlı iddialar səsləndirilir. Eyni zamanda bu halda xəstəliyin daha ağır keçməsi iddia olunur.
 
Maraqlıdır, bütün bu iddia və narahatlıqlar reallığa əsaslanırmı?

Mövzu ilə bağlı danışan infeksionist Nicat Əzimli koronavirusun da digər mövsümi xəstəliklər kimi geniş şəkildə yayıla biləcəyini deyib:

"Vaksin koronavirusa qarşı spesifik immunitet yaradır, amma bu immunitet digər infeksion xəstəliklərə qarşı yaranmır. Qarşıdan payız fəsli gəlir, bu səbəbdən mövsümi infeksion xəstəliklərin artacağı təbiidir. Hazırda bütün dünya üzrə proqnozlar belədir ki, COVID-19 da özünü digər mövsümü infeksion xəstəliklər kimi aparacaq və yoluxmada artım olacaq".
 
İnfeksionist həm qrip, həm də koronavirusa yoluxmuş şəxsin vəziyyətinin ağır ola biləcəyini diqqətə çatdırıb:
 
"Bu mərhələdə çətin məsələ ondan ibarətdir ki, eyni insanda bir neçə xəstəliklə bağlı epidemik vəziyyət yaransın. Məsələn, həm qripə, həm də koronavirusa yoluxan şəxsin müalicə proseduru ağır gedəcək. İndi gündəmdə olan əsas məsələ budur"./Sfera.az

Rubrikanın digər xəbərləri

Azərbaycanın ilk ombudsmanı
Azərbaycanın ilk ombudsmanı VƏFAT EDİB
14:10
Fransanın sərnişin təyyarəsi Bakıya
Fransanın sərnişin təyyarəsi Bakıya QƏZA ENİŞİ ETDİ
18:47 • 24 Aprel 2024
Azad edilmiş ərazilərdə
Azad edilmiş ərazilərdə ilk hərrac
13:05 • 24 Aprel 2024
Sabah 31 dərəcə isti olacaq
Sabah 31 dərəcə isti olacaq Proqnoz
12:05 • 24 Aprel 2024
Şəki və Qəbələnin qaz təchizatında
Şəki və Qəbələnin qaz təchizatında fasilə yaranacaq
09:04 • 24 Aprel 2024
Azərbaycanda nikahın pozulması üçün yeni dövlət rüsumu
Azərbaycanda nikahın pozulması üçün yeni dövlət rüsumu müəyyən edilir
14:07 • 23 Aprel 2024

Xəbər lenti