Xəzər Xəbər

Məktəblərdə səyyar vaksinasiya məntəqələri yaradılıb

Cəmiyyət | 18:33 • 13 Sentyabr 2021
Məktəblərdə səyyar vaksinasiya məntəqələri yaradılıb

Ümumi təhsil müəssisələrində təhsil işçiləri üçün səyyar vaksinasiya məntəqələri yaradılıb.

Bu barədə Təhsil Nazirliyindən bildirilib.

Məlumata görə, Təhsil Nazirliyi və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi birgə olaraq Bakı şəhəri üzrə 14, 56, 129, 158 və 276 nömrəli tam orta məktəblərdə təhsil işçilərinin vaksinasiyasını həyata keçirəcək.

Səyyar vaksinasiya məntəqələrinin sayının artırılmasında məqsəd təhsil işçilərinin vaksinasiya prosesinin sürətləndirilməsidir.

Qeyd edək ki, yaradılan məntəqələr pandemiya şəraitində ənənəvi tədris mühitinin davam etdirilməsi üçün pedaqoji və texniki heyətin vaksinasiya prosesi üçün nəzərdə tutulub. Təhsil Nazirliyi olaraq bütün təhsil işçilərini virusdan qorunmaq üçün peyvənd olunmağa və sanitar-gigiyenik normalara əməl etməyə çağırırıq.

Rubrikanın digər xəbərləri

Azərbaycanda nikahın pozulması üçün yeni dövlət rüsumu
Azərbaycanda nikahın pozulması üçün yeni dövlət rüsumu müəyyən edilir
14:07 • 23 Aprel 2024
Siqaretlə bağlı
Siqaretlə bağlı YENİ TƏLƏB
412 | 12:52 • 23 Aprel 2024
Sosial yardımların ödəniləcəyi tarix
Sosial yardımların ödəniləcəyi tarix AÇIQLANDI
11:11 • 23 Aprel 2024
Bəzi bölgələrə yağış
Bəzi bölgələrə yağış FAKTİKİ HAVA
09:20 • 23 Aprel 2024

Xəbər lenti