Xəzər Xəbər

Payızda karantin sərtləşə bilərmi? AÇIQLAMA

“Yoluxma sayında artım hər bir vətəndaşı daha məsuliyyətli olmağa vadar etməlidir"
Cəmiyyət | 16:41 • 5 Avqust 2021
Payızda karantin sərtləşə bilərmi?

Yaxın bir ay ərzində karantin rejiminin sərtləşdirilməsini gözləmirəm. Təbii ki, karantin rejiminin sərtləşdirilməsi yoluxma sayından, epidemioloji vəziyyətdən asılı olacaq.

Xezerxeber.az xəbər verir ki, bunu Trend-ə Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev deyib.

M.Quliyev bildirib ki, karantin rejiminin sərtləşdirilməməsi üçün hər bir vətəndaşımız məsuliyyətli olmalıdır: “Yoluxma sayında artım hər bir vətəndaşı daha məsuliyyətli olmağa vadar etməlidir. Artıq 1.5 ilin praktikası göstərir ki, biz nə zaman karantin rejiminə əməl edirik, sosial məsafəni gözləyirik, maskadan istifadə edirik, təmasları azaldırıq yoluxma aşağı düşməyə başlayır. Nə zaman ki, təmaslar artır, eyni zamanda yoluxma da artır.

Xüsusilə, toyların başlanması, idman zallarının, restoranların və digər istirahət yerlərinin açılması bizim məsuliyyətimizi də aşağı saldı. Yoluxma saylarının azalması da insanlarımızı arxayınlaşdırdı, ancaq arxayınlaşmaq olmaz, əksinə, daha diqqətli olmalıyıq.

Vaksinasiyanın tempini bir az da artırmaq və daha ciddi şəkildə vaksinasiya prosesində iştirak etmək lazımdır. Nə qədər çox vaksinasiya olunsaq, o qədər də təhlükəsizlikdə olarıq”.

Xəbər lenti