Xəzər Xəbər

Delta ştammının yaratdığı xəstəlik əvvəlkilərdən daha tez sağalır - Tanınmış həkimdən AÇIQLAMA

Cəmiyyət | 15:33 • 30 İyul 2021
Delta ştammının yaratdığı xəstəlik əvvəlkilərdən daha tez sağalır - Tanınmış həkimdən AÇIQLAMA

"Delta ştammının yaratdığı xəstəlik əvvəlki ştammlardan daha tez sağalır”.
 
Bunu açıqlamasında Azərbaycan Həkimləri İctimai Birliyinin sədr müavini, həkim-radioloq Aydın Əliyev deyib. 

O bildirib ki, əgər xəstənin əl barmağı ucundan pulsoksimetr cihazı ilə ölçülən oksigen saturasiyası 95-dən yuxarıdırsa və boğulma, təngənəfəslik, ciddi halsızlıq, yanaşı ağır xəstəliyi yoxdursa panikaya heç bir əsas yoxdur:

"Xəstəliyi yüngül keçirənlərin heç birinin ciddi müalicəyə ehtiyac yoxdur. Delta ştammı əvvəlkilərdən daha yüngül əlamətlərlə keçir. Qorxudan gedib KT və digər müayinələrdən, analizlərdən keçmək lazım deyil. Digər tərəfdən indiki yoluxma sayı 2019-2020-ci illərdəki yoluxma sayındakı artımdan qat-qat təhlükəsizdir.

Çünki əvvəlki yoluxmalarda biz virusu yaxşı tanımırdıq, törədəcəyi fəsadları bilmirdik, ona görə də dünyada itkilər çox olurdu. İndi virusu tanıyırıq, əhalinin xeyli hissəsi peyvəndlənib və ən əsası yoluxucu virus xəstəliklərinin əsas qanunlarından biri olan yoluxuculuq artdıqca, ölümcüllüyün azalmasıdır”.

Mütəxəssis vurğulayıb ki, hazırkı Delta ştammının yoluxuculuğu çox olsa da, öldürücülüyü əvvəlki Britaniya, Cənubi Afrika, Braziliya, Çin və s. ştammlarından azdır:

"Buna görə də narahatlığa heç bir əsas yoxdur. Rəsmi qurumlar hazırkı yoluxma sayında olan ağır xəstələrin faiz dərəcəsini açıqlamalıdır. Niyə açıqlamırlar? Məqsəd nədir? Bax, burada qaranlıq nüanslar var və haqlı olaraq bizə şübhələnməyə əsas verir.

Hazırkı yoluxmalarda xəstəliyi ağır keçirənlərin sayı faiz etibarilə təqribən 5% civarındadırsa, heç bir karantin qaydalarının sərtləşdirilməsinə, panikaya ehtiyac yoxdur və bu o deməkdir ki, biz artıq bu virusla yaşamağa öyrəşirik. Necə ki, hər il qrip virusuna milyardlarla insan yoluxub sağalır”./Sfera.az

Rubrikanın digər xəbərləri

NİİM-dən svetoforlarla bağlı vətəndaşlara
NİİM-dən svetoforlarla bağlı vətəndaşlara MÜRACİƏT
14:15 • 18 Aprel 2024
Azərbaycanda satılan yağlarla bağlı araşdırma BİTDİ
Azərbaycanda satılan yağlarla bağlı araşdırma BİTDİ NƏTİCƏLƏR AÇIQLANDI
13:34 • 18 Aprel 2024
Azərbaycanda pensiyaların verilməsi yubanır?
Azərbaycanda pensiyaların verilməsi yubanır? RƏSMİ AÇIQLAMA
13:12 • 18 Aprel 2024
Türkiyə-Azərbaycan Universiteti ilə bağlı
Türkiyə-Azərbaycan Universiteti ilə bağlı YENİ XƏBƏR
13:06 • 18 Aprel 2024
I sinifə qəbulda yeniliklər
I sinifə qəbulda yeniliklər AÇIQLANDI
13:01 • 18 Aprel 2024
Sabahın hava
Sabahın hava PROQNOZU
12:37 • 18 Aprel 2024
9 illik baza üzrə buraxılış imtahanı keçiriləcək
9 illik baza üzrə buraxılış imtahanı keçiriləcək DƏQİQ TARİX
11:30 • 18 Aprel 2024

Xəbər lenti