Xəzər Xəbər

Daha bir avtobus “BakıKart” ödəmə sisteminə keçdi

Cəmiyyət | 16:22 • 29 İyul 2021
Daha bir avtobus “BakıKart” ödəmə sisteminə keçdi

Sabahdan 92 nömrəli marşrut xətti (Binəqədi qəsəbəsini - "Memar Əcəmi" m/st ) üzrə hərəkət edən avtobuslarda gediş haqqı “BakıKart” vasitəsilə ödəniləcək.

XəzərXəbər xəbər verir ki, marşrutun hərəkət sxemi üzrə aşağıda qeyd olunan ünvanlardakı marketlərdə “BakıKart” balansının artırılması üçün POS terminallar quraşdırılıb.

- Dairəvi, Binəqədi qəs. (Binəqədi rayonu);

- 4-cü məhəllə,Biləcəri qəs. (Binəqədi rayonu);

- Asəf Zeynallı, döngə 1/1 (Binəqədi rayonu);

- Xaqani küç, Biləcəri qəs. (Binəqədi rayonu);

- Əhməd Qasımov küç (Binəqədi rayonu);

- Yəhya Hüseynov 16 (Binəqədi rayonu);

- Rəşid İsmayılov 56 (Binəqədi rayonu);

- Asif Məhərrəmov 1 (Nəsimi rayonu);

- Asif Məhərrəmov 76A (Nəsimi rayonu).

Xəbər lenti