Xəzər Xəbər

Dövlət Vergi Xidməti açıqladı: 700 restoran əməkdaşı tələblərə əməl etməyib

Cəmiyyət | 16:28 • 28 İyul 2021
Dövlət Vergi Xidməti açıqladı: 700 restoran əməkdaşı tələblərə əməl etməyib

Pandemiya dövrünün tələblərinə, həmçinin koronavirusun (COVID-19) profilaktikasına dair Nazirlər Kabinetinin Qərarı ilə təsdiq edilmiş metodiki göstərişlərin icrasına nəzarət məqsədilə aidiyyəti qurumların nümayəndələrinin daxil olduğu monitorinq qrupları şənlik mərasimlərinin gündəlik monitorinqləri davam etdirir.

Bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövət Vergi Xidmətindən (DVX) məlumat verilib.

Qeyd edilir ki, monitorinq qrupları tərəfindən bu günədək 1260-dan çox obyektdə qayda və şərtlərə əməl olunması vəziyyəti araşdırılıb: 

ƏTRAFLI
www.dirolplay.com/az

“Bunlara tədbir barədə müvafiq portalda qeydiyyatın düzgün aparılması, toy keçirilən məkanlarda qonaqların sıx yerləşdirilməməsi, tədbirə qatılanların COVID-19 pasportunun, COVID-19-dan sağalması barədə immunitet sənədinin olması, sanitariya gigiyena qaydalarının pozulmaması, işçi heyətin zəruri qoruyucu vasitələrlə tam təmin edilməsi və s aiddir.

Maarifləndirmə tədbirləri başlayandan bu günədək monitorinq aparılan mərasimlərdə iştirak edən 153 minə yaxın qonağın müvafiq sənədlərinə baxılıb, 17 minə yaxın qonağın sənədində nöqsanlar aşkar edilib. Həmçinin, şənlik təşkil edilən məkanların işçi heyətinin 700 nəfərdən çoxunun tələblərə əməl etmədiyi müəyyən olunub”.

Məlumatda bildirilir ki, iyulun 27-də keçirilən növbəti nəzarət tədbirlərində toy və məkan sahibləri ilə profilaktik söhbətlər aparılıb:

“Onlara Operativ Qərargahın müəyyən etdiyi qayda və tələblərə ciddi riayət olunmasının vacibliyi izah edilib. Nöqsanların aşkar olunduğu məkanlarda pozuntular aradan qaldırılıb, toy mərasiminin qaydalara uyğun keçirilməsi təmin olunub və nümunəvi şənlik mərasimlərində ailə quranlara hədiyyələr təqdim olunub.

Şənlik mərasimləri təşkil edən obyekt sahiblərinin və vətəndaşların nəzərinə bir daha çatdırılır ki, pandemiya dövrünün qayda və tələblərinə əməl edilməsi vacibdir”.

Rubrikanın digər xəbərləri

Xəbər lenti