Xəzər Xəbər

Məhərrəmliyə qədər çatdırmaq lazımdır: 45 GÜNDƏ 17 MİN TOY MƏCLİSİ

Cəmiyyət | 10:35 • 28 İyul 2021
Məhərrəmliyə qədər çatdırmaq lazımdır: 45 GÜNDƏ 17 MİN TOY MƏCLİSİ

Azərbaycanda bir neçə gün ərzində 17 min toy məclisi qeydiyyatdan keçirilib.

Bunu Azərbaycan Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin (ASAN Xidmət) Elektron Hökumətin İnkişafı Mərkəzinin direktoru Fariz Cəfərov deyib.

Xatırladaq ki, iyulun 1-dən etibarən Azərbaycanda sırf şənlik mərasimlərinin qeydiyyatı üçün icazə.e-gov.az portalı istifadəyə verilib.

Qaydalara əsasən, şadlıq evlərinin sahibləri tədbirlərin keçirilməsinə ən azı 5 gün qalmışdan 50 nəfərdən 150 nəfərə kimi olan qonaq sayı üçün qeydiyyat aparmalıdır.

İstifadəçi sistemdə zalı seçməli, əməkdaşlarının qeydiyyatını aparmalıdır. Bu zaman əməkdaşların 80 faizi COVID-19 əleyhinə vaksinasiyadan keçmiş olmalıdır. Bu günə qədər sistemdə 17 mindən çox tədbir qeydiyyata alınıb.

F.Cəfərovun sözlərinə görə, bu, təxminən avqustun 15-dək olan müddəti, 45 günlük dövrü əhatə edir. Bu günə qədər sistemlə bağlı heç bir şikayət daxil olmayıb. Sistem tam dayanıqlıdır./fed.az

Rubrikanın digər xəbərləri

Azərbaycanda nikahın pozulması üçün yeni dövlət rüsumu
Azərbaycanda nikahın pozulması üçün yeni dövlət rüsumu müəyyən edilir
14:07 • 23 Aprel 2024
Siqaretlə bağlı
Siqaretlə bağlı YENİ TƏLƏB
409 | 12:52 • 23 Aprel 2024
Sosial yardımların ödəniləcəyi tarix
Sosial yardımların ödəniləcəyi tarix AÇIQLANDI
11:11 • 23 Aprel 2024
Bəzi bölgələrə yağış
Bəzi bölgələrə yağış FAKTİKİ HAVA
09:20 • 23 Aprel 2024
Bakıda küləyin sürəti 24 m/s-dək ARTDI
Bakıda küləyin sürəti 24 m/s-dək ARTDI FAKTİKİ HAVA
15:05 • 22 Aprel 2024

Xəbər lenti