Xəzər Xəbər

Hamiləliyin 35-ci həftəsində nələr baş verir?

Cəmiyyət | 14:58 • 25 İyul 2021
Hamiləliyin 35-ci həftəsində nələr baş verir?

Artıq bir həftədən sonra uşaq tam müddətini bitirmiş kimi hesab edilə bilər. Hamiləliyin 35-ci həftəsində uşağın boyu 46 sm, çəkisi isə 2300-2700 qram olur. İndi onun başının ölçüsü 85,9mm, döş və qarın bölgəsinin diametri isə 89,1mm və 92,4 mm olur.

İndi uşaq dərialtı piy toxumanın hesabına daha yaxşı görünür, amma onun dərisinin bəzi bükükləri yaxma ilə örtülmüş olur. Büküklər əsasən boyunda, oynaq büküklərində və aralıq nahiyələrdə olur. Bu dövrdə uşağın bütün orqanları formalaşmışdır. İndi onun dabanları da formalaşmış və saçları bir az da uzanmışdır.

Hamiləliyin 35-ci həftəsində uşağın orqanizmində ilk nəsəf alıb-verməsi üçün yetərincə surfaktan toplanmışdır.

Bu həftədə uşağın bağırsağında ilk nəcisi çıxmağa hazır vəziyyətə gəlmiş olur. Sağlam hamiləlik olduqda və sağlam uşaq dünyaya gəldikdə ilk nəcis doğuşdan bir-neçə saat sonra xaric olunur. Hamiləlik zamanı isə nəcisin uşaq tərəfindən udulması uşağın orqanizmi üçün çox təhlükəli hesab edilir. Bu zaman uşaqda oksigen çatışmazlığı ilə bərabər sağlamlıq problemləri də meydana çıxır. Hamiləliyin son həftələri böyrəküstü vəzilər srtesin qarşısını almaq üçün hormonlar ifraz edir.

Hamiləliyin 35-ci həftəsində uşaqlıq kiçik çanağa düşür və uşağın başı çıxışa hazır vəziyyətdə durur. Bu həftə uşaq istədiyi kimi hərəkət edə bilmir, uşağın ölçüsü böyüdükcə uşaqlıq sıxılır və gərginlik hissi duyulur.

Bu həftə qarında spazmlar baş verə bilir. Bu da əksər hallarda yalançı doğum sancılarının əmələ gəlməsinə səbəb ola bilir. Bu həftədə qadının tualetə getməsi tezləşir. Hamilliyin 35-ci həftəsində qadınlarda həzmin pozulması, tez-tez sidiyə getmə əlamətləri, həm də bağırsaq qıcıqlanmaların sayı artmış olur. Bunun səbəbi isə uşaqlığın sidik kisəsini və bağırsaqları qıcıqlandırmasıdır. Bu dövrdə uşaqlıqdan gələn axıntının artması hiss edildikdə mütləq həkimə xəbər vermək lazımdır.

Hamiləliyin 35-ci həftəsi qadınlar kalorili qidalardan uzaq durmalı, az-az və tez-tez yeməlidirlər. Gələcək analara gecə yemələrindən uzaq durmaq məsləhət bilinir. Bu dövrlərdə analara mineral sular içmək məsləhət görülür. Çünki mineral sular mədə turşuluğunu azaldır.

Hamiləliyin son həftələrində qəbul edilən suyun miqdarı azadılmalıdır. Gün ərzində yarım litr su içmək hamiləliyin son həftələrində yetərli hesab edilir. Ürək yanğılarının çox olduğu zamanlarda isə şirəli meyvələrlə qarşısını almaq məsləhət görülür.

Hamiləliyin 35-ci həftəsində uşağın ana bətnində duruşu həkim nəzarəti tərəfindən diqqət mərkəzində saxlanılmalıdır. Əgər öz həkiminizin məsləhəti sizi qane etməzsə, o zaman bir-neçə həkimin məsləhətinə qulaq asmaq lazım gələ bilir.

Milli.Az

Rubrikanın digər xəbərləri

Fransanın sərnişin təyyarəsi Bakıya
Fransanın sərnişin təyyarəsi Bakıya QƏZA ENİŞİ ETDİ
18:47 • 24 Aprel 2024
Azad edilmiş ərazilərdə
Azad edilmiş ərazilərdə ilk hərrac
13:05 • 24 Aprel 2024
Sabah 31 dərəcə isti olacaq
Sabah 31 dərəcə isti olacaq Proqnoz
12:05 • 24 Aprel 2024
Şəki və Qəbələnin qaz təchizatında
Şəki və Qəbələnin qaz təchizatında fasilə yaranacaq
09:04 • 24 Aprel 2024
Azərbaycanda nikahın pozulması üçün yeni dövlət rüsumu
Azərbaycanda nikahın pozulması üçün yeni dövlət rüsumu müəyyən edilir
14:07 • 23 Aprel 2024
Siqaretlə bağlı
Siqaretlə bağlı YENİ TƏLƏB
522 | 12:52 • 23 Aprel 2024

Xəbər lenti