Xəzər Xəbər

Delta virusu bu şəxslərə daha çox TƏSİR EDƏCƏK

Cəmiyyət | 11:32 • 25 İyul 2021
Delta virusu bu şəxslərə daha çox TƏSİR EDƏCƏK

"Delta" ştamı peyvənd olunmayanlara daha çox təsir edəcək. Bu səbəbdən də "delta" vaksin olunmayanların pandemiyasıdır.

XəzərXəbər publika.az-a istinadən xəbər verir ki, bunu Türk Tibb Dərnəyinin Xalq Sağlamlığı şöbəsinin rəhbəri, Pandemiya üzrə İşçi Qrupunun üzvü Nəsir Nesanır deyib.

Peyvənd olunmayanların daha çox ölümlə üz-üzə qalacaqlarını bildirən Nesanır ABŞ-da və digər ölkələrdə ölümlərin 98 faizinin vaksin vurdurmayan insanlarda görüldüyünü qeyd edib.

Onun sözlərinə görə, ştam səhiyyə sistemini çökdürəcək və daha çox insan öləcək. Eyni zamanda daha az insanın peyvəndi olan bir ərazidə virus eyni anda çox insana yoluxarsa, vaksinasiyası sürətlə aparılan bölgələrə də yayılacaq və pandemiyanın şiddətini artıracaq.

N.Nesanır əlavə edib ki, 22 Afrika ölkəsində təsdiqlənmiş "delta" variantının orijinal virusdan 225% daha sürətli yayıldığı təsbit edilib.

"Delta" ştamına 50 yaşadək şəxslərdə və uşaqlarda 2,5 dəfə daha çox rast gəlindiyinə diqqət çəkən ekspert 5-12 yaş arası uşaqlar üçün peyvəndin təsdiqlənmədiyini və 12-18 yaş arası yeniyetmələrin isə hələ ki, Türkiyədə peyvəndinə başlanmadığını bildirib. Mütəxəssisin sözlərinə görə, yaşlı qrup peyvənd olunduğu üçün gənc və peyvənd olunmayanların COVID-19-un hər hansı bir variantına yoluxma riski daha yüksək olacaq.

Rubrikanın digər xəbərləri

Aprelin bütün sosial
Aprelin bütün sosial ÖDƏNİŞLƏRİ YEKUNLAŞDI
18:40 • 25 Aprel 2024
Qarabağa avtobus reyslərinə may ayı üçün biletlər
Qarabağa avtobus reyslərinə may ayı üçün biletlər satışa çıxarılır
17:03 • 25 Aprel 2024
İnternat məktəbinin direktoru
İnternat məktəbinin direktoru işdən çıxarıldı
17:00 • 25 Aprel 2024
Elmira Süleymanova
Elmira Süleymanova dəfn olunub
16:09 • 25 Aprel 2024
Xocalıda insan qalıqları
Xocalıda insan qalıqları AŞKARLANDI
15:21 • 25 Aprel 2024
Azərbaycanın ilk ombudsmanı
Azərbaycanın ilk ombudsmanı VƏFAT EDİB
14:10 • 25 Aprel 2024
Bu istiqamətdə əlavə qatar reysləri
Bu istiqamətdə əlavə qatar reysləri təyin edildi
10:20 • 25 Aprel 2024
Fransanın sərnişin təyyarəsi Bakıya
Fransanın sərnişin təyyarəsi Bakıya QƏZA ENİŞİ ETDİ
18:47 • 24 Aprel 2024

Xəbər lenti