Xəzər Xəbər

Magistraturaya qəbul olanların nəzərinə! - 2 gün qaldı

Cəmiyyət | 13:33 • 24 İyul 2021
Magistraturaya qəbul olanların nəzərinə! - 2 gün qaldı

Ali təhsil müəssisələrinin və AMEA-nın magistratura səviyyəsinə qəbul olunan şəxslərin elektron qeydiyyat prosesi davam edir.

Təhsil Nazirliyindən bildirilib ki, qeydiyyat prosesi iyulun 26-sı saat 23:59-da başa çatacaq.

Bakalavrlar portal.edu.az platformasında qeydiyyatdan keçməli, yaradılmış kabinetə daxil olduqdan sonra “Ali və orta ixtisas təhsili müəssisələrinə təhsilalan qeydiyyatı” xidmətini seçməlidir.

Qeyd edək ki, magistratura səviyyəsi üzrə elektron qeydiyyat prosesinə dəstək olmaq üçün yaradılmış alternativ qeydiyyat mərkəzləri bu şənbə - iyulun 24-də fəaliyyət göstərir. Mərkəzlər iyulun 25-də fəaliyyət göstərməyəcək.

Rubrikanın digər xəbərləri

Xəbər lenti