Xəzər Xəbər

TƏBİB-dən qazlı içkilərlə bağlı XƏBƏRDARLIQ

Cəmiyyət | 752 | 17:13 • 23 İyul 2021
TƏBİB-dən qazlı içkilərlə bağlı XƏBƏRDARLIQ

“Qazlı və digər şirin içkilər plastik qabların içərisində saxlanıldığından bir çox xroniki xəstəliklərin yaranmasına səbəb olur”.

XəzərXəbər “report”a istinadən xəbər verir ki, bunu Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) Qida təminatı və nəzarəti şöbəsinin baş mütəxəssisi Şumarə Qaracayeva deyib.

Onun sözlərinə görə, qazlı içkilərin qəbulu məsləhət deyil:

“Ən yaxşısı su içməkdir. Əgər suyu dadlandırmaq istəyiriksə, içərisinə meyvə və tərəvəz dilimləri əlavə etmək olar.

Yay mövsümündə çalışmaq lazımdır ki, mayonezli və digər tez xarab olan məhsullardan istifadə edilməsin. Soyuq sıxım yağlardan istifadə tövsiyə olunur. Belə halda zəhərlənmələrin qarşısı alına bilər”.

TƏBİB rəsmisi əhaliyə isti yay günlərində yağlı qidalardan uzaq durmağı da məsləhət görüb: “Yay mövsümündə bir ədəd dondurma yeyilməsi kifayət edər. Eyni zamanda şirniyyat həvəskarları südlü şirniyyatlara üstünlük verə bilər”.

Rubrikanın digər xəbərləri

Azad edilmiş ərazilərdə
Azad edilmiş ərazilərdə ilk hərrac
13:05
Azərbaycanda nikahın pozulması üçün yeni dövlət rüsumu
Azərbaycanda nikahın pozulması üçün yeni dövlət rüsumu müəyyən edilir
14:07 • 23 Aprel 2024
Siqaretlə bağlı
Siqaretlə bağlı YENİ TƏLƏB
456 | 12:52 • 23 Aprel 2024
Sosial yardımların ödəniləcəyi tarix
Sosial yardımların ödəniləcəyi tarix AÇIQLANDI
11:11 • 23 Aprel 2024
Bəzi bölgələrə yağış
Bəzi bölgələrə yağış FAKTİKİ HAVA
09:20 • 23 Aprel 2024

Xəbər lenti