Bakı 26 ℃
Xəzər Xəbər
USD 1.7

Hamilə qadınların vaksinasiyası ilə bağlı VACİB AÇIQLAMA: anadan uşağa ötürülə bilər...

Cəmiyyət | 176 | 09:35 • 21 İyul 2021
Hamilə qadınların vaksinasiyası ilə bağlı VACİB AÇIQLAMA: anadan uşağa ötürülə bilər...

Hamiləlik - koronavirusu ağır keçirmə riski olan sağlamlıq vəziyyətidir.

XəzərXəbər xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) İmmunlaşdırma üzrə Strateji Məsləhət Qrupunun (SAGE) yenilənmiş tövsiyələrində deyilir.

Xüsusilə 35 yaşdan yuxarılar və yanaşı xəstəlikləri olan hamilələr risk altındadır. Mövcud məlumatlara görə, onlarda xəstəliyin ağır gedişatının riski reproduktiv yaşda hamilə olmayan qadınlara nisbətən daha yüksəkdir.

Mütəxəssislər hamiləlik dövründə koronavirusun erkən doğum riskini artırdığını bildirirlər.

Onların sözlərinə görə, aparılan tədqiqatlarda COVID-19 peyvəndinin qadının və ya fetusun sağlamlığına zərərli təsirləri aşkar edilməyib. Bu baxımdan hamilə qadınların peyvənd vurdurması tövsiyə olunur.

ÜST tövsiyələrində həmçinin analara peyvənddən sonra körpələrinə süd verə biləcəyi qeyd edilib. Bundan əlavə, ilkin məlumatlara görə, bu vəziyyətdə qorunma anadan uşağa ötürülə bilər. /Oxu.az

Xəbər lenti

Çox oxunanlar