Xəzər Xəbər

Azərbaycanda 2022-ci ilə qədər maska və sosial məsafə tələbi qüvvədə olacaq – AÇIQLAMA

Cəmiyyət | 17:13 • 19 İyul 2021
Azərbaycanda 2022-ci ilə qədər maska və sosial məsafə tələbi qüvvədə olacaq – AÇIQLAMA

Məlumata görə, Britaniya hökuməti uşaqların və yeniyetmələrin koronavirusa qarşı kütləvi vaksinasiyasının əleyhinə çıxıb.

Bu barədə “Telegraph” məlumat yayıb. İmtinaya səbəb Vaksinasiya və İmmunizasiya üzrə Birləşmiş Komitənin hökumətə ünvanladığı tövsiyə olub. Sənəddə mövcud risklər barədə kifayət qədər məlumat təqdim olunanadək azyaşlılar arasında peyvəndlənməni həyata keçirməmək məsləhət görülüb.

Həmçinin iyulun 19-dan, yəni bu gündən etibarən İngiltərədə bütün antikovid məhdudiyyətlərinin aradan qaldırılacağı, maska və sosial məsafə tələbinin artıq məcburi olmayacağı bildirilib.

Koronavirusun təhlükəli deyilən “Delta” ştammının yayılmasını nəzərə alsaq, Avropa ölkəsi olan İngiltərədə belə addımın atılması sual doğurur.

Azərbaycanda havaların isti keçməsini və “Delta”nın gəlməsini də məsələnin üzərinə əlavə etsək, maska və sosial məsafədən imtina hələ real görünmür.

İnfeksionist- hepatoloq Mərdan Əliyev bildirib ki, yaxın zamanlarda Azərbaycanda maska və sosial məsafə tələbindən imtina edilməyəcək:

“Maska və sosial məsafədən imtina məsələsinin yaxın zaman ərzində reallaşacağını düşünmürəm. Çünki payız fəsli gəlir. Payız aylarında isə virus infeksiyalarının ümumiyyətlə artma tendensiyası müşahidə edilir.

Açığı düşünmürəm ki, maska və sosial məsafədən imtina payız aylarından tez mümkün olsun. Növbəti yaz aylarına doğru ola bilər ki, maskadan canımız qurtarsın. Bu ilin qış aylarınadək bütün kəskin respirator xəstəliklər, o cümlədən koronavirus artmağa meyilli olacaq”.

Mərdan Əliyev həmçinin İngiltərə hökümətinin uşaqlar üçün vaksindən imtina etməsinə səbəb kimi həmin ölkədəki əhalinin 60 % – nin vaksinləşməsini əsas gətirib:

“Əhalinin müəyyən yaş qrupu üzrə vaksinləşməsi artıq baş tutduğuna görə bu addım atılıb. Əgər kimsə yoluxarsa belə, bu zaman artıq xəstəxana şəraiti tələb olunmayacaq. “Delta” ştammına gəldikdə isə bildirim ki, bu barədə bir az şişirtmə məlumatlar çox oldu. “Delta” ştammının təhlükəsi deyilən qədər deyil. Sadəcə koronavirusun variantıdır və əvvəlki ştammlarda da güclü gedişli təsirə malik deyil”./Turkustan.info

Rubrikanın digər xəbərləri

Xəbər lenti