Xəzər Xəbər

Çimərliyə getmək istəyənlərin DİQQƏTİNƏ! - Bu xəbəri MÜTLƏQ OXUYUN!

Cəmiyyət | 09:15 • 12 İyul 2021
Çimərliyə getmək istəyənlərin DİQQƏTİNƏ! - Bu xəbəri MÜTLƏQ OXUYUN!

Bu gün Bakıda və Abşeron yarımadasında hava şəraitinin yağmursuz keçəcəyi gözlənilir.

Milli Hidrometeorologiya Xidmətindən XəzərXəbər-ə verilən məlumata görə, şimal-qərb küləyi gündüz cənub küləyi ilə əvəz olunacaq.

Havanın temperaturu gecə 22-25 isti, gündüz 31-36 isti, Bakıda gecə 23-25 isti, gündüz 33-35 dərəcə isti olacaq. Atmosfer təzyiqi 758 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət gecə 60-65, gündüz 40-45 faiz olacaq.

Abşeron çimərliklərində gözlənilən hava şəraiti

Şimal-qərb küləyi gündüz cənub küləyi ilə əvəz olunacaq.

Dəniz suyunun temperaturu şimal çimərliklərində (Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zaqulba) 24-25 isti, cənub çimərliklərində isə (Türkan, Hövsan, Sahil, Şıx) 25-26 dərəcə isti olacaq.

Abşeron yarımadasında meteoroloji amillərin zəif və mülayim tərəddüdü gözlənilir ki, bu da meteohəssas insanlar üçün əsasən əlverişlidir.

Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi, lakin gündüz bəzi dağlıq ərazilərdə şimşək çaxacağı, qısamüddətli yağış yağacağı, dolu düşəcəyi ehtimalı var. Səhər dağlıq ərazilərdə duman olacaq. Şərq küləyi əsəcək. Havanın temperaturu gecə 20-25 isti, gündüz 31-36 isti, dağlarda gecə 13-18 isti, gündüz 22-27 dərəcə isti olacaq.

Rubrikanın digər xəbərləri

Azad edilmiş ərazilərdə
Azad edilmiş ərazilərdə ilk hərrac
13:05
Azərbaycanda nikahın pozulması üçün yeni dövlət rüsumu
Azərbaycanda nikahın pozulması üçün yeni dövlət rüsumu müəyyən edilir
14:07 • 23 Aprel 2024
Siqaretlə bağlı
Siqaretlə bağlı YENİ TƏLƏB
452 | 12:52 • 23 Aprel 2024
Sosial yardımların ödəniləcəyi tarix
Sosial yardımların ödəniləcəyi tarix AÇIQLANDI
11:11 • 23 Aprel 2024
Bəzi bölgələrə yağış
Bəzi bölgələrə yağış FAKTİKİ HAVA
09:20 • 23 Aprel 2024

Xəbər lenti