Xəzər Xəbər

Eşitmə və nitq məhdudiyyətli şəxslər üçün proqram təminatı və "Telegram bot" hazırlanıb

Cəmiyyət | 16:55 • 24 İyun 2021
Eşitmə və nitq məhdudiyyətli şəxslər üçün proqram təminatı və "Telegram bot" hazırlanıb

Əmək Bazarı və Sosial Müdafiə Məsələləri üzrə Milli Observatoriya eşitmə və nitq məhdudiyyəti olan şəxslərin ünsiyyət probleminin aradan qaldırılmasına yardım edəcək proqram təminatı layihəsini və işarə dilinin rahat öyrənilməsi üçün “Telegram bot” hazırlayıb.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən xezerxeber.az-a verilən məlumata görə, layihəyə Heydər Əliyev Fondunun “Regional İnkişaf” İctimai Birliyi, ADA Universiteti və “Karlara Dəstək” İctimai Birliyi dəstək verəcək.

Bu məqsədlə tərəflər arasında keçirilən onlayn konfransda işarə dilinin intellektual tanınma sisteminin konseptual modeli, məlumat bazasının toplanması və “Telegram bot” haqqında müzakirələr aparılıb.

Milli Observatoriyanın İdarə Heyətinin sədri Elşən Əsədov bildirib ki, layihənin tətbiq olunması bu kateqoriyadan olan şəxslərin ətrafdakı insanlarla ünsiyyətini asanlaşdıracaq, onların cəmiyyətə inteqrasiyasına yardım edəcək.

Millət vəkili Şahin Seyidzadə bu kimi innovativ sosial layihələrin əhəmiyyətini qeyd edib. ADA Universitetinin dosenti Cəmaləddin Həsənov layihə üçün tədqiqat və modelləşdirmə istiqamətində dəstək verəcəklərini, “Karlara Dəstək” İctimai Birliyinin sədri Kamran Abbasov isə işarə dilindəki bəzi hərflərin qeyri-müəyyənlik problemini aradan qaldıracağını deyib.

Rubrikanın digər xəbərləri

Aprelin bütün sosial
Aprelin bütün sosial ÖDƏNİŞLƏRİ YEKUNLAŞDI
18:40 • 25 Aprel 2024
Qarabağa avtobus reyslərinə may ayı üçün biletlər
Qarabağa avtobus reyslərinə may ayı üçün biletlər satışa çıxarılır
17:03 • 25 Aprel 2024
İnternat məktəbinin direktoru
İnternat məktəbinin direktoru işdən çıxarıldı
17:00 • 25 Aprel 2024
Elmira Süleymanova
Elmira Süleymanova dəfn olunub
16:09 • 25 Aprel 2024
Xocalıda insan qalıqları
Xocalıda insan qalıqları AŞKARLANDI
15:21 • 25 Aprel 2024
Azərbaycanın ilk ombudsmanı
Azərbaycanın ilk ombudsmanı VƏFAT EDİB
14:10 • 25 Aprel 2024
Bu istiqamətdə əlavə qatar reysləri
Bu istiqamətdə əlavə qatar reysləri təyin edildi
10:20 • 25 Aprel 2024
Fransanın sərnişin təyyarəsi Bakıya
Fransanın sərnişin təyyarəsi Bakıya QƏZA ENİŞİ ETDİ
18:47 • 24 Aprel 2024

Xəbər lenti