Xəzər Xəbər

"AstraZeneca" vaksini niyə 60 yaşdan yuxarı şəxslərə vurulur? - TƏBİB-dən AÇIQLAMA

Cəmiyyət | 18:38 • 18 İyun 2021
"AstraZeneca" vaksini niyə 60 yaşdan yuxarı şəxslərə vurulur? - TƏBİB-dən AÇIQLAMA

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) COVAX platformasının dəstəyi ilə istehsal olunan AstraZeneca vaksininin sırf 60 yaş üzəri şəxslərə vurulmasına aydınlıq gətirib.

TƏBİB-in İnfeksion xəstəliklər üzrə işçi qrupunun həkim-infeksionisti Nəzrin Mustafayeva bunu həmin vaksinin məhdud sayda olması ilə əlaqələndirib.

Onun sözlərinə görə, vaksin ölkəyə məhdud sayda gətirildiyindən onun ilk mərhələdə yaşlı və xroniki xəstəliklərdən əziyyət çəkənlərə vurulması nəzərdə tutulub: “Bu, vaksinasiya ilə bağlı mövcud standartda da qeyd olunub”.

Xəbər lenti